10 C
Bakı
20 Fevral 2026 13:25
DünyaSiyasət

Benjamin Netanyahu: “HƏMAS silahı yerə qoymadan Qəzza yenidən qurulmayacaq”

İsrailin Baş naziri Benjamin Netanyahu Qəzzanın HƏMAS silahı yerə qoymadan yenidən inşa edilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Tacxeber.com xəbər verir ki, Cənubi İsraildə yerləşən hərbi bazada məzun olan zabitlər qarşısında çıxış edən Netanyahu Qəzza ilə bağlı məsələlərə toxunub.

Baş nazir bildirib: “ABŞ-dakı dostlarımızla bu məsələdə razılığa gəlmişik. Qəzza zolağının silahsızlaşdırılması olmadan onun yenidən qurulması mümkün deyil”.

Netanyahu əlavə edib: “Yaxın vaxtlarda HƏMAS seçim qarşısında qalacaq. Ya asan yolla silahı yerə qoyacaq, ya da çətin yolla. Lakin istənilən halda silahsızlaşdırılacaq və Qəzza artıq İsrail üçün təhdid mənbəyi olmayacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusların qorxunc qisası: 600 ukraynalı öldürüldü

redaktor

Ukrayna rusların nüvə təyyarələri aerodromuna hücum etdi

admin

İbrahim Kalından “Charlie Hebdo”nun karikaturasına CAVAB

redaktor