6 C
Bakı
18 Fevral 2026 00:43
Muharibə

Ukrayna səssizcə və sürətlə irəliləyir…

Gənc dostum Kamran Cəfərov USQ-nin Zaporojye istiqamərində cəbhə xəttini yardığı və xeyli ərazini işğalçılardan təmizlədiyini yazır. Düzü, belə bir halı gözləsəm də, hansısa səbəbdən məlumatla qarşılaşmamışdım. Ona görə də bir balaca araşdşrma apardım və Aleksandr Nevzorovun bu yazısını tapdım:

“Cəbhədə qəribə hadisələr baş verir. Heç bir bəyanat, heç bir triumfist ritorika olmadan Ukrayna Silahlı Qüvvələri işğal olunmuş kəndləri geri almağa başlayır. Orklar 12 yaşayış məntəqəsindən qovulub. Və bütün bunlar səssizcə, nəticələrin demək olar ki, açıqlanmaması ilə həyata keçirilir. Zaporojye və Dnepropetrovsk bölgələrində ukraynalılar hazırda müxtəlif taktiki əhəmiyyətə malik beş yaşayış məntəqəsinə hücum edir və eyni zamanda Ork qüvvələrinin 85%-ə qədərini məhv etməyə nail olurlar.

Cəbhənin təxminən 40 kilometrlik hissəsində ruslar 9-9,5 kilometr geri çəkiliblər. Və bu, Putinin qoşunlarının üç-dörd qat say üstünlüyünə baxmayaraq baş verir. Və bunlar sadəcə “bayraq döyüşləri” deyil, Rusiya Müdafiə Nazirliyinin böyük taktiki bölmələrinin faktiki və amansızcasına məhv edilməsidir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hadisələri şərh etmir, öyünmür və fikirlərini bölüşmür. Sırski də susur. Bəlkə də bu, Orkların Starlink-i itirməsi ilə bağlıdır, amma son rus gücləndirmələrinin ya tamamilə şikəst olması, ya da tamamilə zəifləməsi də mümkündür. Rusiya Baş Qərargahı da susur. Lakin onlar hələ də Kupyanskın ruslarda olduğuna olduğuna əmindirlər”.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

ABŞ heç bir ölkənin etmədiyini etdi – Netanyahu

redaktor

Ali təhsili olmayan, Qarabağ doğumlu “Yura Unitaz” Rusiya ordusunun podpolkovniki oldu

admin

Britaniyada Rusiya haqqında dəhşətli PROQNOZ

admin