Səidə Mirziyoyevanın vəzifə yüksəlişindən əlavə, başqa bir təyinat diqqət cəlb edib. Ailəyə yaxın olan Komil Allamjonov prezident komandasına qayıdır.
O, prezident administrasiyası rəhbərinin məsləhətçisi vəzifəsində çalışacaq. Rəsmi olaraq, o, investisiya, söz azadlığı və müstəqil mediaya dəstək məsələlərinə diqqət yetirəcək.
Allamjonov əvvəllər prezident administrasiyasının mətbuat katibi və rəhbərinin müavini vəzifələrində çalışıb. 2024-cü ilin sentyabr ayının sonuna qədər o, Şavkat Mirziyoyevin administrasiyasında informasiya siyasəti şöbəsinə rəhbərlik edib. Ötən ilin oktyabr ayında ona qarşı sui-qəsd cəhdi edilib. Onun maşınına atəş açılımışdı lakin o və sürücü xəsarət almadı….
Ayrıca Səidə hökumət iyerarxiyasında ehtiyatla addım-addım irəli çəkilir. Bu baxımdan, yaxın gələcəkdə prezidentliyə namizəd ola biləcəyini demək üçün kifayət qədər təcrübəsi yoxdur. Həmçinin, klan sistemi, patriarxal təbiəti qoruyan və patriarxal dəyərlərin hakim olduğu cəmiyyətin vəziyyətini də nəzərə almaq lazımdır. Bu şəraitdə qadının dövləti idarə etməsi kişidən daha çətin olacaq. Səidə Mirziyoyevanın yeni vəzifəsində Allamjonovun hansı funksiyaları yerinə yetirəcəyi tam aydın deyil. İki seçim var. Ya o, başqa bir rəhbər vəzifəyə yüksələcək. Bu halda, Səidə müəyyən bir qurumdan, bəlkə də təhlükəsizlik qurumlarından birindən dəstək alacaq. Ya da Səidənin yanında bir rəhbər və məsləhətçi olaraq qalacaq və Səidənin qərar qəbul etməsində ona etibar edəcəyi bir şəxs olacaq. Əgər sonuncu belədirsə, bu, hətta prezidentin nəzərində belə, qadının müstəqil idarəçilik bacarıqlarına malik olmadığını göstərəcək. Lakin, Allamjonovun təyinatı eyni zamanda Şövkətin daxili klan savaşında ailəsinə yaxın birini seçməsi təmsil etdiyi Səmərqənd klanı üçün də neqativ siqnaldır. Çünki, resursların bölüşdürülməsində digər oyunçulara pay qalmır. Belə olan halda isə Gülnarə Kərimova ssenarisinin yenidən baş tutması qaçılmaz olur…..
P.S.Tacikistanda da vəziyyət kritikdir. Daha əvvəl yazdığım kimi Rəhmonun oğlunu Klanlar qəbul etmir və dirəniş göstərirlər. Moskva ok versə də, Pekin susub…..
