Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk vilayətində üç yaşayış məntəqəsi yaxınlığında rus qoşunlarını geri çəkilməyə məcbur edib.
Bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb.
Bildirilib ki, müdafiə qüvvələri Vişneve, Verbove və Ternove kəndləri ətrafında düşməni geri oturdub. Eyni zamanda, Rusiya qüvvələrinin Donetsk vilayətində yerləşən Berestok yaşayış məntəqəsi istiqamətində irəlilədiyi qeyd olunub.
Məlumata görə, Vişneve, Verbove və Ternove Dnepropetrovsk vilayətində yerləşir. Ternove kəndinin işğal altında olduğu bildirilir, digər iki yaşayış məntəqəsinin statusu isə dəqiqləşdirilməyib. Berestok isə Donetsk vilayətində, Konstantinovka istiqamətində yerləşir.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna olan məlumata əsasən, Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk vilayətində Orystopol, Novoselivka, Sosnovka, Xoroşe və Vorone kəndlərini işğaldan azad edib.
