10 C
Bakı
18 Fevral 2026 14:32
İdman

“Qarabağ” “Nyukasl”a qarşı

Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.

Tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Liqa mərhələsində 10 xalla “Qarabağ” 22-ci, “Nyukasl” isə 14 xalla 12-ci yeri tutmuşdu.

Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Dünyaca məşhur futbolçu vəfat etdi

redaktor

Rus agentin “Qarabağ”a və Qurban Qurbanova çirkin iddiaları – Smirnov niyə belə etdi?!

admin

“Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşım?”

admin