Pandemiya adlı qlobal psixoloji və sosioloji eksperiment ÜST tərəfindən 30 yanvar 2020-ci ildə elan edildi. Eksperiment zamanı məntiqin və elmin total bloklanması test edildi. Koronavirus, pandemiya, test çubuqları, tibbi maskalar, peyvəndlərin hazırlanması, məcburi peyvəndləmə və sair haqda məntiqi, elmi sual verənlər ya bloklandı, ya lağa qoyuldu, ya da “antivakser”, “konspiroloq” damğaları vurularaq marginallaşdırılırdılar. Təkcə məni “müqəddəs ÜST”-nin təlimatlarına şübhə etdiyimə görə fb 3 dəfə 1 aylıq blokladı (1 günlük və həftəlik bloklamaları saymıram), xəbərdarlıq etdi ki, bir daha bidətçilik etsəm, profilim birdəfəlik silinəcək.
Əhalinin mütləq əksəriyyəti isə rəsmi KİV-dən yayımlanan məntiqsiz, qeyri-elmi məlumatlara (təbliğata) inanır, ən adi insan hüquqlarının məhdudlaşdırılmasını ona qarşı qayğı kimi qəbul edirdi.
Eksperiment nələri sınaqdan keçirtdi?
▪️ pandemiya üçün səbəb uydurmaq (süni hazırlamaq) və bütün dünyanı buna inandırmaq mümkündür;
▪️ pandemiyanı bütün dünya üçün elan etmək və bütün dövlətlərin onu qeyd-şərtsiz, şübhəsiz qəbul etməsinə nail olmaq mümkündür;
▪️ pandemiya adı altında insanları heç bir məsuliyyət daşımadan kütləvi şəkildə öldürmək mümkündür;
▪️ insanları öldürməklə nəhəng məbləğdə pul qazanmaq (farm və İT şirkətləri) mümkündür;
▪️ karantin rejimi vasitəsilə ölkələrin iqtisadiyyatını çökdürmək mümkündür;
▪️ insanları total şəkildə evlərinə qapamaq mümkündür;
▪️ insanları təmiz hava almasına görə cərimələmək mümkündür və buna kütləvi etiraz olmayacaq;
▪️ insanların ən adı (görüşmək, toplaşmaq, etiraz etmək, təhsil almaq, işləmək, səyahət etmək, hətta alternativ fikir söyləmək) hüquqlarını məhdudlaşdırmaq mümkündür;
▪️ cəmiyyəti rəqəmsal düşərgəyə çevirmək mümkündür (telefona yazılmış xüsusi proqram vasitəsilə izləməklə);
▪️ insanları əyani təhsildən təcrid etmək, savadsızlaşdırmaq mümkündür;
▪️ istənilən əsassız yalanı doğru kimi sırımaq mümkündür;
▪️ pandemiya vasitəsilə bütün dünyanı bir mərkəzdən idarə etmək mümkündür və s.
Eksperiment onu planlaşdıranlar üçün çox uğurlu idi. Ölkələrin iqtisadiyyatına yüz milyardlarla ziyan dəymiş, pandemiyada maraqlı olan şirkətlər isə on milyardlarla gəlir əldə etmişdilər. Məntiqlə, eksperiment dayandırılmamalı, yavaş-yavaş adi həyata çevrilməli idi. Elə buna da əhalini hazırlayırdılar: virusun gündə daha ölümcül ştammının çıxdığını elan edilir, qorxu mühiti formalaşdırılır, karantin müddəti artırılır, peyvəndin hər 6 aydan bir vurulmalı olduğu təbliğ edilir, ÜST tərəfindən yerli qanunlarda pandemiya zamanı onun qərarlarına etiraz edənlərə (şəkkaklara) qarşı cinayət maddələri planlaşdırılır, daimi pandemiya şəraiti üçün infrastruktur hazırlanırdı.
Bəs nə baş verdi ki, belə uğurlu proses dayandırıldı… yəqin ki, müvəqqəti…
2022-ci ilin 24 fevralında Ukrayna müharibəsi başlandı. Qərb Rusiyanı qısa müddətdə məğlub edəcəyini düşünürdü (o vaxt 2 ay deyilirdi, sonra yarım ilə, daha sonra 1 ilə ümid etdilər). 2023-cü ilin əvvəlində anladılar ki, müharibə uzun çəkəcək… və 2023-cü ilin 5 mayında ÜST pandemiyanın bitdiyini elan etdi. Çünki pandemiya oyununun inandırıcı olması üçün böyük dövlətlərin hamısı bu oyunun şərtlərini qəbul etməlidir. Oyunun şərtlərini Qərb (qlobalistlər) müəyyən edirdi, Rusiya isə məhz onlarla müharibəyə girmişdi. Müharibəni Qərbin qələbəsi ilə bitirməyincə pandemiyanı davam etdirmək və ya yenisini elan etmək mənasız idi – əvvəlki effekti almaq mümkün olmayacaqdı.
Faktiki olaraq, Ukrayna müharibəsi dünyanı pandemiya mafiyasından xilas etdi.
Pandemiyanın dayandırıldığını elan edərkən ÜST-nin baş direktoru T.A. Qebreyesus bəyan etdi:
“2020-ci ildən COVID-19-dan rəsmi olaraq 7 milyona yaxın insan ölüb, lakin real say daha yüksəkdir. Söhbət azı 20 milyon insanın ölümündən gedir.” Hələ pandemiyadan sonra neçə milyon adamın peyvəndlərin fəsadlarından öldüyü və öləcəyi barədə məlumat yoxdur.
Yəqin ki, bununla sponsorlarına nə qədər faydalı olduğunu bildirmək istəyirdi.
Artıq virusun, pandemiyanın, karantinin, peyvəndlərin ətrafında gedən çirkin oyunlar haqda rəsmi məlumatlar dərc olunur. ABŞ Konqresinin xüsusi komissiyası tərəfindən “pandemiya əməliyyatı” haqda xüsusi hesabat hazırlanıb, virusun laboratoriyada süni şəkildə yaradıldığı və yayıldığı, peyvəndlərin bilərəkdən gizlədilən fəsadlarının olduğu sübut edilib.
Amma bütün dünyada 20 milyondan artıq adamın ölümünə, müxtəlif ölkələrin iqtisadiyyatına dəyən milyardlarla ziyana baxmayaraq, bu “layihənin” baş meneceri Qebreyesus nəinki həbs edilməyib, heç vəzifəsindən də çıxarılmayıb. Bir adama şillə vurmağa görə həbsə məhkum edənlər milyonlarla adamın öldürülməsinə görə heç kimə “gözün üstə qaşın var” demədilər.
Bundan sonra həmin qlobalistlər Qəzzada yüz minlərlə günahsız insanı öldürən və ya şikəst edənləri niyə həbs etməlidirlər ki? Elə onlar da bunu etmirdilərmi?
Niyə Epşteyn adasında uşaqların başına min oyun gətirənləri həbs etməlidirlər?!!
