Bu gün səhər saatlarından etibarən UEFA Çempionlar Liqasının “Qarabağ”la oyunu üçün Bakıya gələn “Nyukasl” azarkeşləri bilet verilişi məntəqəsinə yollanıblar.
Tacxeber.com bu barədə haqqin. az saytına istinadən xəbər verir.
Nəticədə Neftçilər prospektində uzun növbə yaranıb.
Xatırladaq ki, “Qarabağ”la matçı təxminən 2 min ingilis azarkeşin izləməsi planlaşdırılır. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
