24 C
Bakı
16 Oktyabr 2026 12:42
DünyaSiyasət

Zaporojye plasdarmında Rusiyanın müdafiə xətti yarılıb.

ISW(Müharibə Araşdırmaları İnstitut) xəbər verir ki, USQ son 2 il ərzində ən böyük və sürətli irəliləməni həyata keçirtdi.

USQ 11 fevraldan 15 fevrala qədər qədər olan müddətdə Rusiya ordusundan 201 kvadrat kilometr ərazini geri alıb. Bu qədər ərazi 2023-cü ilin iyun ayında baş vermiş əks-hücumdan bəri bu qədər qısa müddətdə azad olunmamışdı.

ISW bildirib: “Ukraynanın əks-hücumları, ehtimal ki, Rusiya silahlı qüvvələrinin Starlink peyk sisteminə çıxışının məhdudlaşdırılmasından istifadə edir. Rusiya hərbi bloqerlərinin sözlərinə görə, bu, rabitə və idarəetməni zəiflədib”.

Ukraynanın əks-hücumları əsasən Zaporojye şəhərindən təxminən 80 kilometr şərqdə yerləşən zonada cəmləşib. Rusiya qoşunları 2025-ci ilin yayından etibarən həmin istiqamətdə xeyli irəliləmişdi.

P.S. “Starlink”lərin ruslar üçün söndürülən gün yazmışdıq ki, USQ bundan istifadə edərək ciddi irəliləyəcək və çoxu “Ukraynanın resursu qalıb ki” deyərək lağ edirdi, bu da sizə “resurs”.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor