Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyanla ayrılıb.
Tcxeber.com xəbər verir ki, bu barədə A.Akobyan feysbuk hesabında paylaşım edib.
“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm” yazaraq Anna paylaşım edib.
Qeyd edək ki, NikolPaşinyanla AnnaAkobyan rəsmi şəkildə evli olmayıblar. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün bu nigahdan 4 övladları var.
