Qlobal miqyasda baş alıb gedən problemlər – ailə institutunun böhranı, ənənəvi mənəvi dəyərlərin çökməsi, şəhərləşmə və həyat standartlarının yüksəlməsi fonunda ildən ilə daha az uşaq dünyaya gəlir.
Əhali böhranı Şərqi Avropada və Rusiyada, Şərqi Asiya ölkələrində ənənəvi hal alıb. Qərbi Avropanın eybini örtən immiqrasiya axınları olmasa demoqrafik vəziyyəti daha pis olar. Avropada başlayan depopulyasiya artıq digər qitələrə və regionlara da sıçrayıb. Tailand, Nepal, Ermənistan, Gürcüstan, Kuba, Uruqvay…
İndi isə başlıqdakı sualı cavablandıraq. Əhali böhranından çıxmaq nəzəri olaraq mümkündür, lakin müasir dünya təcrübəsi göstərir ki, bu, olduqca çətin və uzunmüddətli bir prosesdir. Tarixdə hələ ki heç bir ölkə mütləq azalma fazasına daxil olduqdan sonra əhalinin təbii artımını tam olaraq əvvəlki yüksək səviyyəsinə qaytara bilməyib.
Çıxış yolu kimi doğumu stimullaşdırmaq və ataların uşaq tərbiyəsində rolunun artırılması (Fransa, İsveç), “ağıllı uyğunlaşma”, robotlaşma, süni intellekt (Yaponiya, Cənubi Koreya), xaricdən gənc və ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi (Kanada, Almaniya) tətbiq olunur. Sizcə hansı yol daha doğrudur?
