10 C
Bakı
17 Fevral 2026 01:46
CəmiyyətQalmaqal

Daha bir müxalifətçi həbs edilib

Hakimiyyət AXCP-yə qarşı repressiyaya ara vermir. Dünən AXCP Gənclər Komitəsinin sədri Emil Səlim zorla saxlanılaraq saxta bir ittihamla inzibati qaydada 20 sutka müddətinə həbs edilib.

Mülki geyimi şəxslər əvvəlcə onun idarə etdiyi maşının qarşısını başqa bir maşınla hərəkətdə olarkən, qəza vəziyyəti yaradaraq kəsiblər və onu özləri ilə aparmaq istəyiblər. Emil Səlim maşından enməyib və özlərini prokurorluq əməkdaşları kimi təqdim edən bu şəxslərdən səlahiyyətlərini təsdiqləyən sənəd istəyib, lakin onlar sənəd göstərməyiblər. Bu zaman Emil Səlim maşınla yoluna davam edib, həmin naməlum şəxslər isə onu öz maşınları ilə təqib ediblər.

Nəticədə YPX-nin köməyi ilə müxalifətçinin maşını dayandırılıb, adamlar Emil Səlimi özləri ilə aparıblar. Sonradan məlum olub ki, Yasamal məhkəməsində Emil Səlimə uydurma bir ittihamla 20 sutka həbs cəzası kəsilib.

 

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

“Mən 30 ildən çoxdur, erməni üzü görmürəm” – Baba Vəziroğlu

redaktor

Qızılcaya yoluxarkən nə etməliyik? – VİDEO

redaktor

Kaxaber Tsxadadze “Qəbələ”də!

admin