6 C
Bakı
18 Fevral 2026 00:49
Mədəniyyət

Su da səhrada bir xatirədir

Bir imza, bir şeir qonağımız Hikmət Nikbindir.
Salam, dərviş adam! Xoş gördük!

Salam izzətli sənətsevərlər!

Əvvəlcə şairin haqqında danışacağım şeirini oxuyaq

​Dərməyə
gilənar xatirələri
bir darıxmaq gəlir
barmaqlarıma !

​Axır nəfəsimin bu gecə təri,
saçı ağaran bulud,
bəs əlin hanı?
Birgə külək dərək !

​Axı,
əyninə təqvimdən rəqəmlər geyib
dünənlər sabah kimi qayıdır!

​Torpaqsa ayağını öpür ağacların!
Ağaclarsa Sənə uzanır, Tanrım!
Dua kimiymiş ağaclar!

Bu şeir kollektiv şüurun məhsuludur. Şair burada öz fərdi psixologiyasını varoluşun modern tərəfinə qurban verərək, bizi parçalanmamış ilkin bütövlüyün rəmzinə Totemə aparıb çıxarır.

…Dərməyə gilənar xatirələri,
bir darıxmaq gəlir barmaqlarıma!…
Şeirin bu girişindəki …darıxmaq…
hissi epistemoloji bir axtarışdır. İbtidai insan təbiəti özündən ayırmırdı; ağac, meyvə və quş onun həm başlanğıcı, həm də kimliyi idi.

Barmaqların …gilənar xatirələri…üçün darıxması, insanın öz totemik kökünə, o vahid mayaya qayıtmaq ehtiyacıdır. Bu, kökün bir, budaqların çox olduğu o qədim …Həyat ağacı… düşüncəsinin təzahürüdür.

Axı, əyninə təqvimdən rəqəmlər geyib,
dünənlər sabah kimi qayıdır!

Zaman keçdikcə totem forma dəyişir, lakin mahiyyət sabit qalır. Təqvim rəqəmləri modernliyin sadəcə bir libasıdır. İbtidaidən milliyyətə keçid dövründə totem necə ki siyasi simvola məsələn, türklərdə Boz qurd, ingilislərdə Şir olduysa, şairin bu müraciətində də …dünənlərin sabah kimi qayıtması…o qədim onqunun modern zaman kəsiyində yenidən doğuşudur.

Göründüyü kimi biz bu totemlərin siyasi toplum olaraq simvolizə etsən, şirin mahiyyətində hakim olmaq anlayışı var, elə ingilislərin modern dünyaya hakim kəsilməsidə onların totemidir. Və yaxud boz qurd kimi altay dağlarında, uyğur çöllərində özgürlüyünü axtarmaq,

Coğrafiya kimi baxsaq,
Totem həm də bir metaforadır. Məsələn, biz tamlıqla deyə bilərik ki, Qərbin totemi demokratiyadırsa, Şərqin totemi diktaturadır.

Axır nəfəsimin bu gecə təri,
saçı ağaran bulud, bəs əlin hanı?
Birgə külək dərək!…
Burada fərdi şüurdan kollektiv şüura keçid baş verir. Emil Durkheymın diliylə ifadə etsək, totemlik ictimai birlik deməkdir. Şairin …birgə külək dərək…çağırışı, toplumsal birliyin maddiləşmiş formasıdır. Bu, bir toplumun özünü bir rəmzdə küləkdə, buludda görməsi və öz varlığını o rəmzdə müqəddəsləşdirməsidir.

Torpaqsa ayağını öpür ağacların!
Ağaclarsa Sənə uzanır, Tanrım! Dua kimiymiş ağaclar!

Ağac obrazı burada totem anlayışının kulminasiyasıdır. Ziya Gökalpın …ongun… adlandırdığı bu ibtidai inanc qatı şeirdə …Həyat ağacı…kimi canlanır. Ağacların Tanrıya uzanması və dua kimi olması, sözün müqəddəs mənbəyinə şairin mütləq toteminə işarədir. Müəllif söz qarşısında ibtidai insanın öz totemi qarşısında dayandığı mütləq inamla dayanır.

O Azərbaycan Ədəbiyyatında Tanrını ruh teoloqu kimi araşdırmış şairdi.

Dünya ədəbiyyatına boylansaq,

Sənətşünas Efraim Lessinqin təbiri ilə desək, poeziya statik bir obyekti
məsələn, bir memarlıq abidəsini və ya gözəl bir çöhrəni detallı təsvir etməyə çalışanda öz təbiətinə xəyanət edir. Çünki sözlər xətti şəkildə düzülür, oxucu beşinci sözə çatana qədər birincinin yaratdığı vizual təəssürat solur və beyində vahid, bütöv bir lövhə canlanmır. Poeziyanın əsl gücü təsviri hərəkət etdirməkdir
Bu kontekstdə müəllifin

Axı, əyninə təqvimdən rəqəmlər geyib,
dünənlər sabah kimi qayıdır!
misralarında …təsvirsizlik… paradoksal bir şəkildə hərəkətsizliyi simvolizə edir. Burada zamanın …geyim… kimi təqdim olunması statik bir metaforadır, zaman axmır, sadəcə formasını dəyişərək yerində sayır.
Digər misralarda isə …vizual zaman… konsepsiyası ön plana çıxsa da, hərəkətin dinamikası hələ də ləng və meditativdir!

Əvvəldə dediyim kimi fərdiyyəçi psixologiya həm də hərəkətin mahiyyətidir. Məhv bu hərəkətin yoxluğu, bu misralarda da özünü büruzə verir.

Torpaqsa ayağını öpür ağacların!
Ağaclarsa Sənə uzanır, Tanrım!
Dua kimiymiş ağaclar!

Əgər poeziya zamanın sənətidirsə, burada müəllif zamanın özünü bir obyekt kimi …həbs edərək… onun hərəkətini dondurur.

Bəli, bütün bunları bir şeirə sığışdırmaq müəllifin bütöv yaradıcılığına baxış kimi anlaşıla bilərdi

Əgər Hikmət Nikbin deməsəydi ki,

SU DA SƏHRADA BİR XATİRƏDİR.

Bu misradakı poetik təsvirin hərəkəti, elə tənhalığın ekzistensial ağrısıdır, hərəkətidir.

 

Müəllifə hörmətlə: Cavid Fərzəli

Tacxeber.com

Oxşar xəbərlər

“Turacı” quş kimi süzdü, “Naz eləmə”yə naz qatdı: Rəqsin kraliçası Əminə Dilbazi

redaktor

Əyyaş şair yoxsa dahi alim

redaktor

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

redaktor