QalmaqalSağlamlıqŞikayət

Bona Dea xəstəxanasınå bundan sonra kim etibar edər?

Bona Dea xəstəxanası Nigar Köçərlidən xəstəxanada yaşadıqlarını yazdığına görə 222 min manat tələb edir. Bu addımı atan bir xəstəxanaya bundan sonra kim etibar edər? Mən şəxsən ora getməyə qorxaram. Çünki nəsə olsa və şikayət etsəm, belə çıxır ki, məndən bir milyon da tələb edə bilərlər.

Üzr istəyib bir buket gül göndərsəydilər, söhbət bağlanardı. Həmin gün növbədə olan tibb bacısına töhmət də verə bilərdilər. Bəzi həkimlərdə və xəstəxanalarda olan bu yekəxanalıq, bu arxayınlıq haradan qaynaqlanır? Bu nə deməkdir?

Biz pullu xəstəxanaya kefimizdən getmirik. Pulumuzu ona görə ödəyirik ki, daha rahat şəraitdə və daha peşəkar münasibət görək. Nəticədə həm əsəbimiz getsin, həm pulumuz, üstəlik də haqqımızı tələb etdiyimizə görə bizdən bir ev dəyərində pul tələb olunsun? Bu nə deməkdir?

 

Nura Suri

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

“Xolesterin həqiqəti” kitabı Azərbaycan dilində…

redaktor

Özünüzü əsla gülümsəməyə məcbur etməyin! – Psixoloq

redaktor

Evdar qadınlara unikal tövsiyə: Limonu krandan asın, nəticəsini də görün

redaktor