CəmiyyətTəhsil

ALTMIŞ YAŞIMA-DOĞUM GÜNÜMƏ SÖZ ARDI.

Görəsən, idarəçilik ölkə təhsilini dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi bilirmi?
Bilirmi təhsil hər bir dövlətin siyasi, iqtisadi, sosial, mədəni inkişafını müəyyən edir?
Bu səbəbdən də mənsub olduqları xalqın səsinə, seçiminə hörmətlə yanaşan idarəçiliklər təhsilə böyük önəm verirlər.

Bəs bu gün ölkə təhsilində vəziyyət necədir?
Gerçəkdə orta məktəblərimiz cəmiyyətdən qopub, idarəçilikdən ayrı düşüb.
Orta məktəb müəllimləri cəmiyyətdə maneə kimi, divar kimi görünür.

Azərbaycan təhsili yoxsul beyinlərin əsarətindədir!
Təhsili əsarətdə olan bir ölkə tərəqqi edə bilməz, intellektual ola bilməz.

Bir qədər də orta məktəb müəllimlərinin aldıqları maaşa nəzər salaq, danışaq.
Doğrudanmı orta məktəb müəllimləri 1000-1600 manat maaş alırlar?
İşin əslinə baxanda yox!

Ölkə idarəçiliyi Azərbaycan müəllimini statistik göstəricilərdə xoşbəxt edir. Təbii ki, tək təhsildə yox, bütün sahələrdə Azərbaycan xalqını rəqəmlər xoşbəxt edir.
Statistik göstəricilərdə Azərbaycan xalqı doğrudan da çox xoşbəxtdir.

Müəllimlərin 1000-1600 arası maaş həqiqəti bilirsiniz haradan qaynaqlanır?
Bu gün təhsildə 8000 müəllim yeri boşdur.
8000 müəllimin saatları paylanıb.
Müəllimlər 18 saatdan artıq işləməyə məcbur edilir.
18 saata işləyib almalı olduqları maaşı 30-35 saat işlədib müəllimlərə verirlər.

Aşağıdakı cədvəldə müəllimlərin 1 oklad(18saat)üçün aldiqları maaşa nəzər yetirək.
1 oklad(3il) -504 manat.
1 oklad(3-8il)-540manat.
1oklad(8-13il)-566manat.
1oklad(13-18il)-603manat.
1oklad(18yuxarı)-644manat.
Bunlara 10 və 35 faiz əlavə etməklə gerçəyi başa düşə bilərsiniz.

İdarəçilik tez-tez təkrar etməyi xoşlayır ki, gənclik təhsil sahəsində işləmək istəmir.
Müəllim peşəsi gənclərimizə maraqsız görünür və.s.
Bu gün təhsildə 8000 müəllimə ehtiyac var.
Bu ehtiyac təhsildə ödənilsə 8000 müəllimin 90-95 faizi 20-30 yaş arası gənclər olacaqdır.

Görmüşük ki, idarəçiliklər ölkələrdə işsizliyi ləğv etmək uğrunda mübarizə aparar.
Ölkə idarəçiliyi isə insanları işindən məhrum edir.

Bu da bir həqiqətdir ki, orta məktəblərdə 1000-dən yuxarı sinif bağlanıb.
Yəni ölkədə 100-dən yuxarı şagirdi olan siniflərdən 5 sinif yox, 4 sinif təşkil edilir.
80-dən yuxarı şagird sayı olan siniflərdən 4 sinif yox, 3 sinif təşkil edilir.
60-dan yuxarı şagird sayı olan siniflərdən 3 sinif yox, 2 sinif təşkil edilir.
Dediyim kimi, 8000 gəncə təhsilimizdə yer var.

İşlədiyim pedaqoji sahədə özümə qarşı həmişə yuxarıların bir özgəliyini görmüşəm.
Son illərdə isə bu münasibət mənə qarşı daha dözülməz bir hal alıb.
Tarix dərsi kifayət qədər olduğu halda Salyan rayon Təhsil şöbəsinin, Şirvan-Salyan Regional Təhsil idarəsinin göstərişi ilə illərdir 9saat, 12 saat, 14 saat dərslə cəzalandırılıram.
Bu illər ərzində 3 dəfə Təhsil nazirinə, keçən ilin sentyabrında isə Prezidentə müraciət etmişəm.
Nə Təhsil Nazirliyindən, nə Prezident Aparatından elektron ərizə ilə müraciət etdiyim məktublarıma cavab gəlmədi.

İnsanı çörəklə imtahana çəkməzlər!
Hər insanın mədə-bağırsağı başına bitişik deyil axı.
Hər insanın mədə-bağırsağı beynindən başlamır axı.
Olmayacaq bir qədər də işıqa qənaət edəcəm.
Bir qədər də maye qaza qənaət edəcəm.
Olmayacaq çörəyimi suda isladıb yeyəcəm.
Əvvəllər bir dərmanımı alıb, birini almırdım, indi də birini alıb, ikisini almayacam.
Nə dəyişəcək ki?

Görəsən, bu illər ərzində 9 saatın, 12 saatın, 14 saatın izahını mənə hüquqi əsaslarla verə biləcək kimsə olacaq?
Bu, çörək növbəsi deyil axı, bu, mal növbəsi də deyil axı, insanlar arasında bütün təkliflər şifahi şəkildə tənzimlənə.
Söhbət dövlət müəssisəsindən-Təhsil Nazirliyindən gedir axı.

Təhsil Nazirliyinin hansı Əmrinə, hansı Sərəncamına, lap belə hansı Direktivinə uyğun olaraq illərdir 9 saatla, 12 saatla, 14 saatla ” mükafat” landırılıram?

Bəlkə Təhsil Nazirliyinin nəzdində CƏZA MƏCƏLLƏSİ var?
Cəza kimi müəllimləri saatından məhrum etmək, cəzalandırmaq MADDƏsi var?
Varsa xəbərimiz olsun!

 

Hikmət Nikbin

Tacxeber.com

Oxşar xəbərlər

Qəşəm Nəcəfzadə Nizami Cəfərovla əlbəyaxa olması iddiasından danışdı: “Dostumdur”

redaktor

“Toplum TV” işi üzrə saxlanılan daha bir nəfərin aclıq aksiyasına başladığı bildirilir

admin

Türkiyəli məşhurlar Qənirə Paşayeva haqda Moderator.az-a danışdı:“48 yaşında dünyasını dəyişməsi…”-ÖZƏL

admin