DünyaSiyasət

Münhendə 2028-in kölgəsi: Rubio ilə Nyusomun siyasi dueli

Münhen konfransı həm də ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası üçün meydan idi: bir tərəfdən mötədil respublikaçıların simpatiyalarını qazanmağa çalışan Marko Rubio, digər tərəfdən isə demokratların parlayan ulduzu Qevin Nyusom.

Marko Rubio

Marko Rubio Münhendə dövlət katibi kimi çıxış edərək hazırkı administrasiyanın ritorikasından daha diplomatik ton nümayiş etdirdi. O, ABŞ və Avropa arasında müttəfiqliyin və Qərbin birgə liderliyinin vacibliyini vurğuladı.

Rubio çıxışında miqrasiya, deindustrializasiya və iqlim kimi mədəni-siyasi mövzulara da toxundu ki, bu da həm mötədil respublikaçı elektoratın, həm də müstəqil seçicilərin bir hissəsinin maraqlarına uyğundur. O, MAGA xəttini Avropa ilə açıq qarşıdurmadan uzaqlaşdırmağa və özünü strateji düşünən, texnokrat diplomat kimi təqdim etməyə çalışırdı.

Qevin Nyusom

Qevin Nyusom konfransda Demokrat Partiyasının əsas siması kimi çıxış edərək Donald Trampın siyasətini “müvəqqəti mərhələ” kimi təqdim etdi və bunun ABŞ-ın uzunmüddətli mövqeyini əks etdirmədiyini vurğuladı. O, Avropa müttəfiqlərinə ABŞ-ın etibarlılığının və proqnozlaşdırıla bilən xarici siyasət kursunun bərpa ediləcəyinə dair mesaj verdi. Nyusom üçün bu, beynəlxalq səviyyədə “prezidentlik miqyasında lider” imicinin formalaşdırılmasına yönələn addımdır.

Bundan əlavə Nyusomun Almaniyanın kanslerilə görüşü zamanı davranışları medianın diqqətini çəkdi və ABŞ mətbuatında “prezident kimi davranır” kimi şərh olundu.

Qevin Nyusom səlahiyyətləri daxilində Ukraynaya da real dəstəyini ortaya qoydu.

Ukrayna Evində Lvov Vilayət Dövlət Administrasiyası ilə ABŞ-ın Kaliforniya ştatı(dünyanın ən böyük iqtisadiyyatlarından biri) arasında Anlaşma Memorandumunun imzalanması baş tutub.

Sənəd Kaliforniya ilə Lvov vilayəti arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün praktik çərçivə yaradır. Söhbət sadəcə niyyət bəyannaməsindən getmir, biznes, institutlar və investorlar arasında real əməkdaşlıq üçün bir alətdən gedir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

İranda polis xalqın tərəfinə keçdi

redaktor

“Xəzər asayişi” Alyansı

redaktor

Mahmud Abbas HƏMAS-ı rədd etdi – Qəzza ilə bağlı sürpriz təklif.

admin