DünyaSiyasət

Mehriban Əliyeva: “Siz qız paltarında səfirlikdə gizlənən insansız…”

Bloqer Emin Hüseynov cangüdənlərin əhatəsində hərəkət edən Mehriban Əliyevaya müraciətlə belə dedi: “Mehriban xanım, sual vermək olar? Ölkədə demokratiyanın durumu ilə bağlı.”
İrəli addımlayan Mehriban xanım dayandı, geri döndü və obrazlı desək tikanlı cavab verdi: “Siz qız paltarında səfirlikdə gizlənən insansız. Sizə can sağlığı arzulayıram”.

Gördüyünüz kimi, Mehriban xanım son dərəcə kəskin cavab verdi. Niyə belə dedi? Bəzi iddialara görə, iqtidarın təqib etdiyi Emin Hüseynov ələ keçməmək üçün saçını rəngləyərək qadın paltarı geyib…

Xatırladım ki, Emin Hüseynov daha öncə oxşar situasiyada İlham Əliyev yaxalamışdı və belə bir sual vermişdi: “Cənab Prezident, müstəqil medianın da suallarını cavablandıra bilərsinizmi?” İlham Əliyev də bir anlıq dayanmışdı, geriyə dönmüşdü və belə demişdi: “Dünyada müstəqil media yoxdur.”

Bəli, Emin Hüseynov 2014-cü ildə Bakıda yerləşən İsveçrə səfirliyinə sığınmışdı. Ona qarşı irəli sürülən ittihamlar nəticəsində 12 ilədək həbs təhlükəsi mövcud idi. 2015-ci ildə o, İsveçrəyə aparıldı. Prosesi o dövrdə İsveçrənin xarici işlər naziri Didier Burkhalter koordinasiya etmişdi.
Onun işi ilə bağlı Council of Europe, Committee to Protect Journalists və digər beynəlxalq qurumlar narahatlıq bildirmişdi. Yəni Münhendə sual verən şəxs təkcə fərdi bloqer deyildi. O, Qərbdə xüsusi dəstək görmüş sima idi.

Ailə və informasiya müharibəsi

Son illərdə Hüseynov qardaşlarının hakim ailə üzvləri ilə bağlı sosial şəbəkələrdə ifşaedici materiallar paylaşması və yeni materialların anonsunu verməsi də siyasi mühitdə gərginlik yaratmışdı. Bu iddialar ictimai müzakirə mövzusuna çevrilmişdi.

Mehriban Əliyevanın cavabının emosiyası göstərdi ki, məsələ təkcə “demokratiya sualı” deyildi. Bu, artıq qarşılıqlı siyasi və informasiya mübarizəsinin bir epizodu idi. Sual rəsmi mövqe ilə bağlı idi. Cavab isə şəxsi tarixə yönəldi. Bu, əsəbi siyasi sistemin son olaylara kəskin etirazı idi…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Britaniya mətbuatı: “Putinin yeni sevgilisi var”

redaktor

UTX-nin “Alfa” qrupu Rusiyaya məxsus 15 təyyarə, üç helikopter, bir nəqliyyat təyyarəsini məhv edib

redaktor

Erməni kanallarının Rusiyaya təhqiri əndazəni aşdı

redaktor