DinDünya

Diaspora mitinqləri rejimi yıxa bilərmi?

Son illərdə İran diasporasının Qərbdə keçirdiyi mitinqlər həqiqətən də miqyas baxımından böyüyüb. Bu, ani partlayış deyil, davam edən prosesdir.

2022-ci ilin payızında, Məhsa Əmininin ölümündən sonra Berlində keçirilən aksiyada Almaniya polisi təxminən 80 min nəfərin iştirak etdiyini bildirmişdi. Bu, Avropada İran diasporasının keçirdiyi ən böyük etirazlardan biri sayılırdı.

2022-ci ilin oktyabrında Kanadanın Toronto şəhərində təşkil olunan mitinqdə iştirakçı sayı 50 minə yaxın göstərilmişdi.

2023-cü ildə Vaşinqtonda Ağ Evin yaxınlığında keçirilən aksiyada on minlərlə insan iştirak etmişdi.

İndi isə Münhendə keçirilən və polis tərəfindən 250 min nəfər kimi təqdim olunan aksiya əvvəlkilərdən daha böyük miqyas kimi göstərilir. Əgər bu rəqəm doğrudursa, bu, həqiqətən də rekord göstəricidir.

Reza Pəhləvinin bu aksiyalarda görünməsi və çağırışlar etməsi Qərbin İran monarxiyasına dəstəyi kimi dəyərləndirilə bilər.

Təxminən 4–5 milyon İran əsilli insan xaricində yaşayır. Ən böyük icmalar ABŞ-da yerləşir və sayları 1 milyona yaxın qiymətləndirilir. Almaniyada 300–350 min, Kanadada 250–400 min, Böyük Britaniyada 100 minə yaxın, Fransada on minlərlə, İsveç və Niderlandda da böyük icmalar var. Bu deməkdir ki, Qərbdə ciddi, təşkilatlanmış və maliyyə baxımından güclü İran diasporası mövcuddur. Ancaq diasporun İran rejimini dəyişmək imkanı o qədər də yüksək deyil. Yalnız ABŞ-ın hərbi müdaxiləsindən sonra diasporun İrana təsir imkanları güclənə bilər…

Güney Azərbaycana isə nə molla rejimi lazımdır, nə də ki şah. Niyə? Çünki molla da, şah da fars şovinizminə xidmət edir. Bizim yolumuz bir başqadır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Tiflisdə yenidən hökumətə qarşı aksiya başladı

admin

“Hizbullah” İsrailin hərbi zavodunu vurub

redaktor

Kremlin zəhərlədiyi Sibir dissidenti: “Rejim qəfil dağılacaq”

admin