Digər

Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edərək Tehranın “müharibə maşını və repressiyası”na qarşı təcili qlobal tədbirlərin görülməsinə çağırıb.

Tacxeber.comxəbər verir ki, bu barədə “Independent Persian” məlumat yayıb.

Zelenski Münxendə keçirilən İranla bağlı nümayişlərə toxunaraq bildirib ki, dünya İslam Respublikasına vaxt verməməlidir. Onun sözlərinə görə, rejim vaxt qazandıqca daha çox insan həyatını itirir və bu proses dərhal dayandırılmalıdır.

Ukrayna prezidenti Avropanın təhlükəsizliyini İranın azadlığı ilə əlaqələndirib: “Ukraynanın əvvəllər İranla heç bir maraq toqquşması olmayıb, lakin hazırda İran istehsalı dronlar ölkənin infrastrukturunu məhv edir və Ukrayna vətəndaşlarını öldürür”.

Zelenski çıxışında İran rejiminin ali rəhbərliyinə də müraciət edərək bildirib ki, bu, rejimin apardığı müharibələr və səbəb olduğu insan itkilərindən sonra çoxdan verilməli olan cavabdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

DSX-dən əməliyyat: 16 kq narkotik aşkarlandı

redaktor

Dəniz sahilindəki evini 23 milyon dollara satır

redaktor

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

redaktor