DünyaSiyasət

Zelenski Rusiya ilə müharibəni davam etdirməyə çağırdı.

Ukrayna Prezidenti Vladimir Zelenski “The Atlantic”ə verdiyi müsahibədə ədalətli sülh razılaşması əldə edilməsə, Kiyevin Rusiya ilə müharibəni davam etdirməyə hazır olduğunu bildirib.

Nəşrin məlumatına görə, onun yaxın çevrəsinin bəzi üzvləri bu yaz razılaşma üçün fürsət pəncərəsinin bağlanacağından qorxurlar. Danışıqlar uğursuz olarsa, Ukrayna illərlə davam edəcək müharibə ilə üzləşə bilər.

Zelenski ədalətsiz şərtlərlə razılaşmaqdansa, “pis bir razılaşmanı” rədd etməyə üstünlük verdiyini vurğuladı. “Ukrayna uduzmur”, – deyə o bildirib.

“The Atlantic” qəzeti xəbər verir ki, Kiyev qoşunların Donbasdan çıxarılmasını mümkün güzəşt kimi görə bilər. Jurnalist Saymon Şuster prezident müşavirlərinə istinadən bildirib ki, Donetsk vilayətinin bir hissəsi üzərində nəzarətdən imtina etmək və sülh planı ilə bağlı referendum keçirmək variantı müzakirə olunur.

Lakin Zelenski özü bildirib ki, referenduma “pis razılaşma” çıxarmağı düzgün hesab etmir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşviliyə qoyulan diaqnoz təsdiqlənmədi

redaktor

Ukrayna Rusiyanın məşhur desant gəmisini vurdu – Video

redaktor

Ukraynada döyüşən çeçen bölməsi məhv edildi – 23 ölü

admin