15 C
Bakı
31 Mart 2026 10:30
DünyaGündəmSiyasət

“Rusiya ayı yox, ilbizdir…” – NATO Baş katibi rus ordusunu ələ saldı

Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Brüsseldə keçirilən nazirlərin görüşündə NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Ukraynadakı hücum tempini lağa qoyub və Avropanın müdafiə siyasətindəki dəyişiklikləri qiymətləndirib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, Ruttenin sözlərinə görə, Avropa son illərdə müdafiə xərclərinin yetərli olmamasına görə tənqid olunurdu, lakin Haaqa sammitindən sonra vəziyyət dəyişib: “Biz baxışların və birliyin aydın şəkildə üst-üstə düşdüyünü hiss etdik. Avropa həqiqətən güclənir və NATO daxilində liderlik üçün daha böyük məsuliyyət daşıyır”.

Ukraynadakı müharibəni şərh edən Baş katib Rusiyanın “şok itkilərini” qeyd edib və istehza ilə əlavə edib:“Rusiya istəyir ki, biz onu qüdrətli bir ayı kimi düşünək. Amma əslində o, Ukraynada bağ ilbizi sürəti ilə irəliləyir. Ona görə də gəlin Rusiya təbliğatına uymayaq”. (Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qorbaçovun arvadı ilə bağlı gizlinlər: sən demə, nazirlər Raisaya məktub yazırlarmış…

redaktor

“Qarabağ” – “Lion” oyununa nə qədər bilet satılıb ?

admin

Vuçeviç istefa verdi – SON DƏQİQƏ

redaktor