DünyaGündəmSiyasət

Kim Çen İnin varis olaraq qızını hazırladığı iddiaları gündəmdədir.

Cənubi Koreyanın Mərkəzi kəşfiyyat İdarəsi hesab edir ki, Şimali Koreya lideri Kim Çen İn öz yerinə varis olaraq qızı Kim Cu-eni hazırlayır. Məlumata görə, 12 yaşlı qızı siyasi müzakirələrə qatılır, ölkədaxili idarəetmə ilə bağlı məsləhətləşmələrdə iştirak edir, yüksək səviyyəli tədbirlərdə atasının yanında yer alır, ordu ilə bağlı prosesləri yaxından izləyir.

Maraqlıdır ki, bir müddət əvvəl Kim Çen İnin kiçik bacısının da adı varis kimi hallandırılırdı. O, hətta illər öncə səlahiyyətlərinin yarısını özündən daha sərt xarakterdə olduğu deyilən bacısına vermişdi. Beləliklə, bacısı ölkənin iki nömrəli şəxsi hesab olunurdu. Lakin Seul dairələrində varisin bacısı Kim Yo Çjon deyil, məhz qızının olacağı, hətta ikisinin də onu xüsusi şəkildə hazırladığı danışılır. Təbii ki, bunlar hələlik sadəcə Cənubi Koreyanın iddialarıdır. Lakin son zamanlarda Pxenyandakı prosesləri izlədikdə 12 yaşlı Kim Cu-e-nin həqiqətən mühüm tədbirlərdə aktiv iştirak etdiyini görmək olur. Burada əsas maraqlı və həlledici məqam isə qızın ölkəyə yanaşmasının necə olacağı, hansı şəkildə yetişəcəyidir.

 

Ayşən Mustafa

Tacxeber.com

Oxşar xəbərlər

Brokolinin faydaları – BİLMƏNİZ MƏSLƏHƏTDİR

redaktor

Əfqan Sadıqov 85 min avro cərimələnib.

admin

Zelenski və Witkoff təcili olaraq Türkiyəyə gedirlər.

redaktor