İdmanMüsahibə

“Əsas məqsədimiz C Liqasına qayıtmaqdır”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Mütəxəssis püşkü dəyərləndirərək, rəqibləri əvvəlcədən analiz etdiklərini bildirib. O, qarşıdakı yoldaşlıq görüşlərinin heyəti formalaşdırmaq üçün vacib olduğunu vurğulayıb və əsas hədəfin yenidən C Liqasına yüksəlmək olduğunu qeyd edib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Zirə” Sumanı “Malmö”yə bu qiymətə sataraq böyük qazanc götürüb.

admin

“Azərbaycan millisi hələ də komanda şəklində oynamağı bacarmır” – Fernandu Santuş

admin

“Azərbaycan bəyan edib ki, onun üçün 1919-20-ci illərin xəritəsi əsas olacaq!”

admin