15 C
Bakı
29 Mart 2026 15:23
İdmanMüsahibə

“Əsas məqsədimiz C Liqasına qayıtmaqdır”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Mütəxəssis püşkü dəyərləndirərək, rəqibləri əvvəlcədən analiz etdiklərini bildirib. O, qarşıdakı yoldaşlıq görüşlərinin heyəti formalaşdırmaq üçün vacib olduğunu vurğulayıb və əsas hədəfin yenidən C Liqasına yüksəlmək olduğunu qeyd edib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ”ın Avroliqadakı rəqibləri müəyyənləşdi – Yenilənib

admin

Karantin rejimi yenidən uzadıldı – şəhər sakinləri nə düşünür? – VİDEO

admin

“Brazilya olmursa, it qalib olsun”- “Mərakeş qalib olsa, qurban kəsəcəm” – Deputatlarla SORĞU

redaktor