DTX nın Əli Kərimlinin əlehinə yaydığı video tam bir nağıldır.
Birincisi 2013-cü il Milli Şura məsələsi, onun Rusiya proyekti olması iddiaları ictimai bilinən şayiələrdir və rejim bu şayiələrdən ucuz video düzəldib.
İkincisi Ramiz Mehdiyevlə Əli Kərimlinin əlaqəsinə dair heç bir kadr təqdim edə bilməyiblər.
Üçüncüsü dövlət çevrilişinə cəhdin “sübutu” kimi təqdim etdikləri ifadə hətta Aİ uydurması deyilsə belə, ən yaxşı halda 5 il əvvəl zorla alınan ifadəyə oxşayır. Hətta doğru olsa belə Rusiya ilə əlaqəsi görünmür.
Qısası, 5 ay sonra belə ucuz video yaymaları, əslində DTX nın əlində hər hansı faktın olmamasının etirafıdır.
