4 C
Bakı
12 Fevral 2026 01:57
Cəmiyyət

Atanı qolu qandallı göstərməklə bir uşağın qəhrəmanını öldürməyin.

Bakı Apellyasiya Məhkəməsində iştirak etdiyim cinayət işi üzrə bir iclasda unudulmaz bir an yaşadım.

Təqsirləndirilən şəxsin azyaşlı qızı da məhkəmə zalına gəlmişdi. Hakim Əli Məmmədov bunu görən kimi valideynə irad bildirdi və uşağın zaldan çıxarılmasını tələb etdi. Sonda isə elə bir cümlə dedi ki, vəkillik fəaliyyətimdə eşitdiyim ən təsirli sözlərdən biri oldu:

“Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin.”

Bəzən biz hüquqşünaslar qanunlar arasında insan faktorunu unuduruq. Amma unutmayaq ki, məhkəmə zalında təkcə təqsirləndirilən, zərərçəkmiş və vəkil olmur, orada bir ailə, bir övladın dünyası, bir uşağın gələcək psixologiyası da olur.

Qanun ədaləti təmin etməlidir. Amma ədalət yalnız cəza ilə ölçülmür. Ədalət bəzən bir uşağın qəlbinidə qorumaqdan ibarətdir.
Bir daha anladım ki, hakim kürsüsündə oturmaq təkcə hüquqi bilik deyil, həm də vicdan məsuliyyətidir.

 

 Zaur Saadov

Tacxeber.com

Oxşar xəbərlər

Çingiz Abdullayev: “Mənə dil imtahanında “beş” verməzlər, amma “dörd” alaram” – MÜSAHİBƏ

redaktor

Yataqdan canlı yayım açan cütlük: Normal şey edirdik, bizdən pis olanlar da var – FOTO

redaktor

Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq – Video

redaktor