3 C
Bakı
11 Fevral 2026 19:24
DünyaSiyasət

ABŞ-la strateji əməkdaşlıq: Azərbaycan üçün yeni mərhələ

Dünyanın ən güclü həm Qərb dəyərləri daşıyan ölkəsi, ABŞ-ın öz 2-ci şəxsi, vitse-prezident Jey Di Vensin timsalında Azərbaycana əməkdaşlıq səfəri ümumən, tarixi və çox müsbət hadisədir.

Bu səfər çərçivəsində ABŞ-la Azərbaycan arası Strateji Əməkdaşlıq Xartiyası imzalanması isə, artıq, Azərbaycan qarşısında yeni mərhələ açır. Bu da, nəhayət ki, Azərbaycanın öz suverenliyi, müstəqilliyini əldə etdikdən bəri Putin Rusiyası və Xamenei İranı qonşularının müdhiş təsiri və hətta, təzyiqi sferasından tamamilə çıxması və digər güclü, inkişaflı, demokratik Qərbə, ABŞ-a doğru sıx əməkdaşlıq yolu alması mərhələsidir.

İmzalanmış Xartiyada əsas (detalları ilə sonra analizə vararıq) xüsusi vacib bildiyim 2 məsələ və 1 gözləntimi qeyd edim.

1. Təhlükəsizlik, müdafiə həm, terrorizmə qarşı məsələlərdə strateji tərəfdaşlıq. Azərbaycanın bu bölümdə ABŞ-dan silah ala bilməsi, həm də təhlükəsizlik üzrə ABŞ kəşfiyyat imkanlarından yararlanması və Azərbaycana qarşı ola biləcək terror-təxribatlara qarşı ABŞ-ın dəstəyi görünür. Azərbaycanın təzyiq-təhlükəsiz inkişafı yöndə.

2. İqtisadi, ticari, müasir texnoloji məsələlərdə əməkdaşlıq. Azərbaycanın iqtisadi həm ticarət potensialının və müasir texnoloji imkanlarının ABŞ-la strateji səviyyəli əməkdaşlıqla və onun tərəfdaşlı dəstəyi ilə sürətli artmasına, ölkənin inkişafı və xalqın rifahına imkanlar açmış olur.

3. Və bu əməkdaşlıq, tərəfdaşlıqdan gözləntim. ABŞ məhz, demokratiyanın üst imkanlarından yararlanıb, bu günkü güc və inkişaf səviyysinə yetmiş ölkədir. Onun prezidenti Trampın da bu gün, dünyada terror-təxribat mənşəli ölkələrin at oynatmaq istədikləri və bəzən nail olduqları mühitdə buna qarşı, öz xarici və hətta öz daxili siyasətində bəzi güc və kobud mövqe tutması hallarına baxmayaraq, zatən və həm mənşəcə demokratik adamdır. Öz çoxmilyardlı biznesini qanuni qurub. Seçkilərdə qanunu qələbə çalıb. ABŞ-ın dərin dövləti, cəmiyyətinə hesabatlıdır.

Və ABŞ-la Xartiya əsasda strateji tərəfdaşlığa yön almaq, Azərbaycanda bir sıra demokratik iqtisadi, inzibati, hüquqi, ictimai, sosial və sair reformaları və ABŞ tərəfdaşı ilə uyğunlaşmanı vacib edir. Bu da çox, yaxşı əlamətdir. Sözsüz, Azərbaycan dövlət rəhbərliyi bunu məndən də yaxşı bilir və bu yöndə mühüm addımları atar. Və çox da yəqin ki, cənab Vens cənab Əliyevlə qapalı söhbətdə siyasi kimi bildirilən məhbus vətəndaşların azadlığa buraxılma xahişini də edib. Gümanlıyam, az zamanla bu da həll olar. Sazişin Azərbaycan xalqı və dövlətnə xeyirlisi.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya imperiya olması üçün bu iki ölkəni tam işğal etməlidir…-Ukrayna baş hərbi kəşfiyyatçısı

admin

“Arayik son günlərini yaşayır” – Polkovnikdən mühüm mesaj

admin

Maskın uşağının anasına autizm diaqnozu qoyuldu – FOTO

redaktor