3 C
Bakı
11 Fevral 2026 19:24
DünyaGündəmSiyasət

Vensin sözləri ətrafında süni qalmaqal

ABŞ vitse-prezidentinin bəyanatlarında öz xeyrlərinə heç nə tapa bilməyən müxalif-mühacir blogerlər başlayıblar ki, guya Ceyms Deyvid Vens Mehriban Əliyevanın vitse-prezident olmasına istehza edib. O guya deyib ki, qorxuram mənim xanımım da bundan həvəslənə. Yəni mən prezident olanda o da vitse-prezident olmaq istəyə…

Ceyms Vensin səfərinə böyük ümidlər bəsləyən, ona müraciət edən, hətta hansısa demokrat konqresmenə bəyanat imzalatdıran müxaliflər böyük xəyal qırıqlığı, dilxorluq və pərtlik içindədirlər.

Çünki ABŞ-lı qonaq onlarla bağlı nəinki bircə kəlmə demədi, hətta eyham belə vurmadı. Bundan hədsiz kədərlənib, məyusluq keçirənlərin belə sərsəm bəyanat vermələri başadüşüləndir. Onlar son zamanlar daha da azalmış və tükənməkdə olan tərəfdarıarına nə deyəcəklərini artıq bilmirlər. Bu səbəbdən heç kəsin inanmayacağı ehtimallara xod verirlər. Azərbaycanlıların çoxu Vensin dilini başa düşmədiyindən onları loxlamağa çalışırlar.

Mən Vensın sözlərini belə baş düşdüm və belə yozuram. Bu sözlərdə qadınlara, onların siyasi ambisiyalarına yönəlik incə bir yumor, zarafat vardı.

Jey Di Vens eyni zamanda özünün gələcəkdə ABŞ prezidenti olmaq niyyətini açıqladı və etiraf etdi ki, xanımının da vitse olması
heç də pis ideya deyil. Bu mənada Mehriban xanımdan örnək götürə bilər. O, fikrini elə bu cür də ifadə etdi. Sözün düzünü zarafata deyərlər məsəli burada tam yerinə düşür.

Məncə, Mehriban xanım Əliyevanın vitse prezident olması Vensin həqiqətən xoşuna gəlib və zarafatla deyilmiş bu sözlər səmimi idi.

Digər tərəfdən, birinci xanımların dövlətdə yüksək vəzifə tutmaları heç də ilk olaraq bizdə görülməyib. Dünyada, elə Amerikanın özündə bunun çeşidli örnəkləri var. Marqaret Tetçer, Hillari Klinton, Kondoliza Rays, Madlen Olbrayt, Angela Merkel, Bənəzir Buhutto, Tansu Çillər örnəkləri uzaqda deyil. Digər tərəfdən, əgər xanım qabiliyyətli, bacarıqlıdırsa, niyə də olmasın?

Bu barədə böyük bir tirada oxuyan Qənimət Zahidin yadına salmaq istəyirəm ki, Prezident Aparatınnda bir şöbənin müdiri olan Əli Kərimlinin xanımı Samara Seyidova başqa bir şöbədə yüksək vəzifə tuturdu. Camaat hələ də onların işə və evə ayrı-ayrı maşınlarda gəlib-getdiklərini unutmayıb.

Əli Kərimlinin həyat yoldaşı və qızı bu gün də siyasi bəyanatlar verirlər və onlara nəsə deyən yoxdur.

Mehriban Əliyeva nəcib bir nəsildən, alicənab ailədən gələn xanımdır. Yüksək mədəniyyətə və intellektə malikdir. Xaricilər belə şeylərə xüsusi önəm verirlər. Əminəm ki, ABŞ elitasının həm İlham Əliyevə, həm də Mehriban Əliyevaya xüsusi hörmət və rəğbətləri var.

Bunu açıq ifadə edirlər və onların fikirlərində, sözlərində hər hansı iynəli məqamlar axtarmaq, məncə, çarəsizlikdən doğan təsəllidir.

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan üç keçmiş sovet ölkəsinə iddia: “Bizə məxsusdur”

redaktor

Pablo Eskobar – dövlət orqanları da onun qarşısında aciz idi.

admin

Ərdoğandan Putinin G20-yə getməməsinə reaksiya

redaktor