2 C
Bakı
11 Fevral 2026 15:14
DünyaSiyasət

Müstəqil dövlətin ordusu da müstəqil kimlik və model üzərində qurulmalıdır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı diqqətçəkən bir məqamdan bəhs edəcəm. Azərbaycan ordusu müstəqil dövlətin ordusudur. Onun forması da, ritualları da, hərbi davranış modeli də müstəqilliyini əks etdirməlidir.

Əgər bizim hərbçilər rus üslubunda addımlayırsa, rus hərbi rituallarını təkrarlayırsa, SSRİ-dən qalma qaydalarla hərəkət edirsə, burada ciddi sual yaranır. Biz hansı ordu modelini qururuq? Keçmiş imperiyanın kölgəsində qalan modeli, yoxsa gələcəyə yönəlmiş milli modeli?

Bu məsələ yalnız estetik deyil. Ordu təkcə silah və texnika deyil, həm də simvol, psixologiya və identitetdir. Hərbi ritual dövlətin siyasi yönünü göstərir. SSRİ modelinin davamı olan rituallar müstəqillik ruhuna uyğun gəlmir.

Azərbaycan artıq illərdir Türkiyə ilə hərbi inteqrasiyanı gücləndirir. Birgə təlimlər, standartlaşma, zabit hazırlığı – bütün bunlar real addımlardır. Məntiqli sual budur: o zaman niyə hərbi mədəniyyət bütövlükdə türk modelinə keçməsin?

Bu, kiməsə qarşı addım deyil. Bu, özümüz üçün addımdır. Müstəqil dövlət öz simvollarını özü seçir. Öz hərbi kimliyini özü formalaşdırır.

Daha bir vacib məqam var. Rusiya ordusunda illərlə müzakirə olunan daxili zorakılıq, qeyri-sağlam münasibətlər və sistem problemləri hamıya məlumdur. Bizim ordumuz isə Vətən müharibəsində öz gücünü, peşəkarlığını və milli ruhunu sübut edib. Ona görə də heç bir köhnə modelin mənfi tərəflərinin Azərbaycan ordusuna sirayət etməsinə imkan vermək olmaz.

Azərbaycan ordusu türk modelinə keçməlidir. Bu, emosional şüar deyil, strateji zərurətdir. Biz artıq çoxdan keçməli idik. Sual budur: nəyi gözləyirik?

Ən pisi isə odur ki, bu problem Türkistanda da mövcuddur. Orada da bizim kimi Rusiya modelindən kənara çıxa bilmirlər.

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“İsrail HƏMAS-ı yarıya qədər zərərsizləşdirib, dayandırmaq niyyətində deyilik”

redaktor

Əfqanıstanda partlayış: Taliban məmuru öldürüldü

redaktor

Rusiyanı sarsıdan “Hörümçək toru” əməliyyatından Trampın əvvəlcədən xəbəri olub?

redaktor