Bu arada Vensin həyatı heç də asan keçməyib. Onun anası Beverli Akins narkomaniyadan əziyyət çəkib, lakin mübarizə apararaq asılılıqdan xilas ola bilib. Ceymsin yetişməsində isə əsas rolu onun nənəsi Bonni Blanton oynayıb. Blanton nəvəsinin anası kimi olmaması üçün narkotik satıcılarını daim Vensdən uzaq saxlamağa çalışıb. Nənənin ölümündən sonra onun evinin müxtəlif yerlərində gizlədilmiş 19 silah aşkarlanıb, bunları nəvəsini qorumaq üçün gizlətdiyi deyilir.
Siyasətçi anadan olanda ona Ceyms Donald Bouman adı verilib, lakin anası başqa biri ilə ailə qurub və yeni həyat yoldaşının şərəfinə onun adını Ceyms Devid Hamel olaraq dəyişib. Ceyms böyüdükdən sonra babasının Vens soyadını götürüb. İraq müharibəsi zamanı zabit kimi çalışıb, xidmətini başa vurduqdan sonra Ohayoda siyasət, elm və fəlsəfə fakultəsində ali təhsil alıb. 2013-cü ildə Yel Hüquq məktəbini bitirib və bir müddət vəkil kimi çalışıb. Karyerasını daha sonra Silikon vadisində davam etdirib.
Vensin həyatı və karyerası bir motivasiya hekayəsi olaraq görülür. Karyerasında bir sıra tutarsızlıqlar və keçmişə baxdıqda qəribə gələn məqamlar var, buna rəğmən olduğu yerə gəlmə yolu maraqlıdır.
