2 C
Bakı
11 Fevral 2026 14:22
DünyaGündəmSiyasət

Milyonlarla sənəd var, amma dəlil yoxdur.

Associated Press-in ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən verdiyi məlumata görə, Federal Təhqiqat Bürosu (FTB) məşhur maliyyəçi Cefri Epşteynin nüfuzlu şəxslər üçün yetkinlik yaşına çatmayanların cinsi istismarı şəbəkəsini idarə etMƏdiyi qənaətinə gəlib.

FTB maliyyəçinin bank qeydlərini və elektron poçtlarını araşdırıb, evlərində axtarış aparıb, qurbanlarını dindirib, həmçinin dünyanın ən nüfuzlu adamlarından bəziləri ilə əlaqələrini araşdırıb. Nəticədə müəyyən olunub ki, Epşteyn yetkinlik yaşına çatmayanları cinsi istismara məruz qoyub, lakin onun fahişəlik şəbəkəsinə rəhbərlik etdiyini sübut edəcək kifayət qədər dəlil yoxdur. Onun ödənişləri cinayət fəaliyyəti ilə əlaqəli olmayıb.

Bununla belə FTB tərəfindən dindirilənlər qeyd ediblər ki, onlar Epşteyn tərəfindən deyil, başqaları tərəfindən cinsi istismara məruz qalıblar. Lakin FTB sənədlərində qeyd olunur ki, “bu şəxslərə qarşı federal ittihamlar irəli sürmək üçün kifayət qədər dəlil yoxdur”. Bu işlər yerli hüquq-mühafizə orqanlarına ötürülüb.

Bundan əlavə, bəzi qurbanlar Epşteynlə əlaqələri barədə yalan ifadələr veriblər, bəzi qızlar isə bildiriblər ki, nə maliyyəçinin özü, nə də köməkçisi Gisleyn Maksvel onlara digər kişilərlə intim münasibətlərə girməyi “birbaşa əmr etməyiblər”.
__________
Qurtardı!
Federal səviyyədə araşdırma bitdi!
Ədalət zəfər çaldı!
Dağılışın!

Hörmətli MALİYYƏÇİ, filantrop, xeyriyyəçi, uşaqların sevimlisi, elmin dostu cənab Epşteyn günahsızdır! Onu şərləyiblər!
Ola bilər, başqa nüfuzlu şəxslərin hansısa “kiçik” günahları var, lakin onları sübuta yetirəcək kifayət qədər dəlil yoxdur!

3,5 milyon sənəd, onminlərlə foto-video material dəlil deyil. Videolardakı uşaqları tapmaq mümkün deyil! Ümumiyyətlə, onlar hamısı Rusiya tərəfindən süni intellektlə düzəldilib.

Sizin necə ağlınıza gələ bilər ki, Qərbin hörmətli adamları hansısa cinayətdə iştirak ediblər?! Cinayətkarlar həmişə Şərqdə və Cənubda olur – sizi öyrətməyiblər?!

P.S. Epşteynin şəkildəki mimikası özü hər şeyi deyir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Onlar İran və İsrailin arxasına sığındılar, Çin və Pakistandan isə… – İranlı jurnalistdən qəribə iddialar

redaktor

Çin yoxa çıxan təyyarələrini İRANA GÖNDƏRDİ – İDDİA

redaktor

“Allah eləməmiş, bu narkotik yayılsa, patıya şükr edəcəyik”

redaktor