13 C
Bakı
28 Mart 2026 00:18
Cəmiyyət

Əsli Əlizadə aclıq aksiyasında olan siyasi məhbus Nurlan Libre barədə yazır:

“Bu gün Nurlanı görməyə getmişdik. Şüşə arxasında ilk görəndə tanımadım, bir dəri, bir sümük qalıb. Həkim nəzarətində qalmalı olduğu vaxtda zorakılığa məruz qalır.

Məhkəmə günü yuxudan oyadılıb, əynini düz-əməlli geyinməyə imkan vermədən əllərini qandallayıb sürüyərək tək maşına mindirib məhkəməyə gətiriblər. Məhkəmə boyu qandalları çıxartmayıblar, əllərində qandalın izi hələ də qalır.

Növbəti dəfə belə zorakılığa məruz qalacağı təqdirdə özünə qəsd edəcəyini deyir. Nə qədər sakitləşdirməyə çalışsam da, mümkün olmadı.

Uğur da atasının vəziyyətini hiss edirmiş kimi qucağından düşmədi, “evə getmirəm, atamla qalıram” deyib ağladı. Özümü heç vaxt belə çarəsiz vəziyyətdə hiss etməmişdim.”

Nurlan Libreni azad edin, işgəncələri dayandırın.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bərxudarovla Münasib Babayevin adı 143 milyonluq yeyintidə: “Evlərinin bazarlığına qədər…”

admin

Biləndə təəccüblənəcəyiniz detallar – Nə, nə üçündür?

redaktor

“Xankəndinə gedib, torpağı öpüb gözümə qoyacağam” – Fəxrəddin Manafov (Video)

admin