Luisiana ştatının yerli Nümayəndələr Palatasına(ştatın 60-cı dairəsi) seçkilər keçirildi və demokratların namizədi Çesiti Martines 24% səs fərqilə qələbə qazandı. Qeyd edək ki, Luiziana ştatı “qırmızı”(respublikaçılara səs verən) ştat sayılır, sözügedə dairə(60-cı) isə 2016-cı ildən bəri prezident seçkilərində Trampa səs verir.
Respublikaçıların silsilə məğlubiyyətləri Konqresə noyabr ara seçkiləri ərəfəsində artıq “mavi dalğanın” ayaq səsləri kimi qiymətlətləndirilir və Trampın narahatlıq dərəcəsini görməyimiz üçün son bəyanatına diqqət yetirməyimiz lazımdır.
Tramp:”Amerikada seçkilər saxtalaşdırılır, oğurlanır və bütün dünyada məsxərəyə çevrilib. Ya biz bunu düzəldəcəyik, ya da ölkəmizi itirəcəyik”.
Tramp Konqres seçkilərində demokratların şansını azaltacaq bir qanunu irəli sürməyə çalışır. Bu qanun ətrafında son dərəcədə ciddi və gərgin siyasi mübarizə gedəcək. Tramp, məğlub olmamaq üçün faktiki olaraq seçki sistemini dəyişməyə çalışacaq.
2026-ci ildə respublikaçılar Konqresin hər iki palatasını itirsələr, Tramp faktiki olaraq hakimiyyəti itirəcək və hər şey buna doğru gedir.
