8 C
Bakı
09 Fevral 2026 14:51
CəmiyyətMaraqlıSağlamlıq

Əgər təlimlərdə qadın anatomiyası normal qəbul edilsə, hər il minlərlə qadını ölümdən xilas etmək mümkün olar.

Təcili yardım zamanı Kişi-Qadın seçimi ölümə səbəb olur.

İnsan həyatını xilas edərkən onun qadın və ya kişi olması heç bir rol oynamamalıdır. Lakin araşdırmalar göstərir ki, ürəyi dayanan qadınların sağ qalma şansı kişilərə nisbətən daha azdır. Səbəb isə çox sadə və acınacaqlıdır: İnsanlar qadınlara ürək masajı etməyə çəkinirlər.
Amerikada aparılan böyük bir araşdırma üzə çıxarıb ki, küçədə ürəyi dayanan qadınlara ürək masajı edilmə ehtimalı kişilərlə müqayisədə 14% daha aşağıdır. İngiltərədəki məlumatlar da bunu təsdiqləyir; bir çox insan təcili vəziyyətdə bir qadının sinəsinə toxunmağa utandığını və ya tərəddüd etdiyini deyir.

Bunun əsl səbəbi nədir?

Bu, sadəcə insanların utanması deyil, həm də təhsil sistemindəki böyük bir səhvdir. Çünki tibbi təlimlərdə istifadə olunan kuklaların (maketlərin) 95%-i kişi bədəni formasındadır (yəni sinələri düzdür). Tələbələr və kurs keçənlər həmişə düz sinəli kuklalar üzərində məşq etdikləri üçün, real həyatda bir qadınla qarşılaşanda nə edəcəklərini bilmir, qorxur və ya tərəddüd edirlər.

Həll yolu nədir?

Həkimlər və mütəxəssislər deyirlər ki, bu problemi həll etmək üçün təlimlərdə qadın bədənini xatırladan (məsələn, sinə hissəsi olan) maketlərdən istifadə olunmalıdır. Tədqiqatlar göstərir ki, bu cür maketlərdə məşq edən şəxslər real həyatda qadınlara kömək edərkən özlərini iki qat daha əmin hiss edirlər.

Əgər təlimlərdə qadın anatomiyası normal qəbul edilsə, hər il minlərlə qadını ölümdən xilas etmək mümkün olar.

Mənbə: The Guardian.

Tacxeber.com

Oxşar xəbərlər

Musa Quliyev: Cəmiyyətdə əhval-ruhiyyə yaranmasın ki, adam evdə oturmalı, dövlət də xərcləməyə pul verməlidir

redaktor

Doğulduğu gündən uşaq orqanizmini qorumağın – SADƏ YOLU

redaktor

Bakıda intiharı təbliğ edərək qəhvə satırlar – FOTO

redaktor