DünyaŞou

Robert De Niro: Tramp rolunu heç vaxt oynamaram

Məşhur Hollivud aktyoru Robert De Niro bildirib ki, əgər ona ABŞ prezidenti Donald Trampın rolunu oynamaq təklif edilsəydi, bundan imtina edərdi.

Aktyor bunu personajlarına empati qurmağın onun üçün vacib olması ilə izah edib. De Niro deyib ki, rollarına çox ciddi yanaşır və canlandıracağı obrazları dərindən anlamağa çalışır.

Kino ulduzunun sözlərinə görə, onun üçün qəhrəmanda empati hissi yaradan hansısa xüsusiyyət tapmaq vacibdir, lakin ABŞ dövlət başçısı ilə bağlı bunu etmək mümkün deyil.

“Tramp məsələsində hər gün onda heç olmasa azacıq empatiya doğuran bir cəhət tapmağa çalışıram, amma bu alınmır. Bu, sadəcə mümkün deyil.”

75 yaşlı aktyor qeyd edib ki, Amerika lideri “dəhşətli” və “tamamilə əxlaqsız” bir insandır və ölkəsi ilə demokratiya üçün təhlükə yaradır. De Niro bildirib ki, belə bir rolu oynamaq təklifinə verilə biləcək yeganə düzgün cavab “Heç vaxt” olardı. BILD

 

Tacxeber.com

Oxşar xəbərlər

“Kişi xəyanəti elə etməlidir ki, qadın bunu hiss etməsin”

redaktor

Əfqanıstanda partlayış: Taliban məmuru öldürüldü

redaktor

HƏMAS zərbələrin dayandırılması müqabilində girovları azad etməyə hazırdır.

admin