DünyaSiyasət

Putin Trampa 12 trilyon dollarlıq razılaşma təklif edib – Ukrayna kəşfiyyatı iddia edir

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, kəşfiyyat vasitəsilə öyrənib: Kreml ABŞ Prezidenti Donald Trampı öz tərəfinə çəkməyə çalışır və bunun üçün 12 trilyon dollarlıq fantastik bir razılaşma təklif edir. Zelenskinin sözlərinə görə, bu razılaşma Rusiyanın danışıqlar aparan nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin adı ilə “Dmitriyev paketi” adlanır. İddialara görə, Dmitriyev bu təklifi Vaşinqtona son səfəri zamanı irəli sürüb.

12 trilyon dollar — bu məbləğ Rusiyanın illik ÜDM-indən dörd dəfədən çoxdur.

“Görünür, söhbət Amerika ilə Rusiya arasında iqtisadi əməkdaşlıq paketindən gedir.
Biz Amerika ilə Rusiya arasında bu və ya oxşar ikitərəfli sənədlərin imzalana biləcəyi ehtimalı barədə eşidirik”, — Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib.

Zelenski başqa detallar açıqlamasa da, Vaşinqtonla Moskva arasında mümkün razılaşmaların Ukraynanın suverenliyi və ya təhlükəsizliyinə toxuna biləcəyini açıq şəkildə ifadə edib:
“Biz açıq şəkildə bəyan edirik ki, Ukrayna bizim iştirakımız olmadan qəbul edilərsə, belə — hətta potensial — razılaşmaları dəstəkləməyəcək”.
Ukrayna prezidentinin verdiyi məlumatlar Wall Street Journal-ın noyabrda yazdıqları ilə əlaqəli ola bilər.

Qəzet bildirmişdi ki, amerikalı sahibkarlarla rus oliqarxlar arasında görüşlər keçirilib və bu görüşlərdə mədənçıxarma və enerji şirkətlərində mümkün paylar müzakirə oluna bilərdi.
Bundan əvvəl Dmitriyev Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə birlikdə 28 bənddən ibarət sülh planı üzərində işləyib. Plan, digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvini və ABŞ–Rusiya iqtisadi əməkdaşlığını nəzərdə tuturdu. Zelenski isə əksinə, Moskvaya qarşı sanksiyaların gücləndirilməsini tələb edir.(Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

redaktor

“Xaricdəki qapıçılarımız arasında ən güclüsü Lunyovdur” – Rusiya millisinin məşqçisi

admin

Bu ölkədə evlərə verilən sularda beyin yeyən amöb tapıldı

redaktor