CəmiyyətSağlamlıq

Bugünün gəncləri niyə stress və həyəcan içindədir? – Psixoloqun izahı

Hamı tələsir, harasa vaxtında çatmağa çalışır, nəsə alır və nəyəsə nail olmağa can atır…

Dünyada baş verən davamlı dəyişikliklər, sinir sistemini yoran müntəzəm stress və tənhalıq gənclərdə artan narahatlığa səbəb olur”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri psixoloq Tatyana Smirnova “Gazeta.Ru”ya verdiyi açıqlamada səsləndirib. O, digər mənfi amillər kimi informasiya çoxluğunu və daim onlayn olmağı da əsas gətirib.

“Valideynlərin hər kəsə məlum olan bir yolu var idi: oxu, işlə, sabit həyat əldə edəcəksən. Bugünkü iyirmi yaşlı şəxslər üçün yol xəritəsi onların əlində dağılır. Sarsıntılı, qeyri-sabit vəziyyətin əsas hissəsi budur. Planlar qurulur, lakin onlar heç bir dəstək hissi vermir”, – Smirnova qeyd edib.

Narahatlığı azaltmaq üçün o, müəyyən gündəlik rejimi saxlamağı və həyatınıza xoş rituallar əlavə etməyi tövsiyə edib: “Həmçinin rəqəmsal detoks təşkil etmək və axşamlar cihazlardan istifadəni məhdudlaşdırmaq vacibdir. Nəfəs alma praktikası, torpağa toxunmaq və təmiz havada gəzinti narahatlığın fizioloji komponentini azaltmağa kömək edəcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaz yorğunluğunu aradan qaldıran vitaminlər

redaktor

Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edilib- Rəis işləyir

redaktor

“COVİD-19″dan sağalanlarda yeni və təhlükəli xəstəlik aşkarlandı – Bu simptomlar varsa…

redaktor