Türkiyənin ən nüfuzlu generallarından biri, Türkiyə Silahlı Qüvvələrinin 26-cı Baş Qərargah rəisi İlker Başbuğ CNN Türk televiziyasında yayımlana proqramda Rusiyanın qanlı diktatoru Putini böyük dövlət adamı adlandırır. İlker paşa Rusiya ordusunun Ukraynada irəliləyə bilməməsinə səbəb olan yanlış hesablamarı “böyük dövlət adamı”na “yakışdırmadıklarını” təəssüf hissi ilə ifadə edir. Qeyd edim ki, yalnız İlker paşa deyil, Türkiyənin hərbi və siyasi ekspertlərin demək olar ki, hamısı Putini “böyük dövlət adamı” hesab edir.
Rusiyanın işğalçı ordusunun bu vəziyyətə düşəcəyini, hətta bütün dünyada gülüş hədəfinə çevriləcəyini dörd il öncə dəfələrlə müxtəlif platformalarda ifadə etmişəm. Bu gün isə Rusiyanın işğalçı ordusu hətta rejimin təbliğat maşınının elementləri tərəfindən gülüş hədəfinə çevrilir. Çünki, vəziyyət o qədər acınacaqlıdır ki, Z-blogerlər də etinasız qala bilmirlər.
İlon Maskın SpaceX şirkəti Rusiya ordusunun qanunsuz olaraq Starlink peyk rabitə terminallarından istifadəsinə son verdikdən sonra işğalçı ordu kar və kor vəziyyətə düşüb. Ordu birləşmələri arasında rabitə qırılıb, dronlardan istifadə effektini itirib. Qeyd edim ki, Starlink peyk rabitə terminalları qaçaqmalçılıq yolu Körfəz ölkələri və Orta Asiya respublikaları üzərindən Rusiyaya daşınırdı. Dəqiq sayı məlum olmasa da, Ukraynanın işğal olunmuş ərazindəki Rusiya hərbiçilərinin istifadəsində ən azı 15 min Starlink peyk rabitə terminalının olduğu güman edilir. Hətta bəzi eksperlər terminalın sayının bundan bir neçə dəfə çox olduğunu bildirirlər. SpaceX şirkəti terminaların peyklərə qoşulmasını yeniləməklə qaçaqmalçılıq yolu ilə əldə olunan bütün terminalların internetə qoşulmasını kəsib. Bununla da Rusiya ordusu acınacaqlı vəziyyətə düşüb. Çünki, cəbhə xəttində Rusiya hərbiçilərinin ən etibarlı rabibitəsi məhz Starlink peyk rabitə terminalları vasitəsilə təmin edilirdi.
“Razrabotçik BPLA” Telegram kanalının Starlink peyk rabitə terminalının söndürlməsinə reaksiyası Rusya ordusunun artıq rusların nəzərində də gülüş obyektinə çevrildiyini göstərir. Telegaram kanal yazır: Dünyanın ikinci ordusu amerikalı biş adamından rabitəni açmasını xahiş edir.”
Azərbaycanda və Türkiyədə bir qrup “ekspert” 4 ildir ki, insanları Rusiyanın NATO və bütün Qərbə qarşı döyüşdüyünə inandırmağa çalışır. Halbuki, 2023-cü ildən Rusiya ordusunun ən etibarlı rabitə vasitəsi SpaceX şirkətinin Starlink peyk rabitə terminalları idi.
Rusiyanı, “Dünyanın ikinci ordusu”nu belə gülüş gününə isə İlker paşanın böyük dövlət adamı hesab etdiyi Putin salıb. ABŞ-ın texnologiya sahəsində irəli getdiyini, Rusiyanın geri qaldığını ifadə edən şəxsə Putin illər öncə belə cavab vermişdi. “ Gözləyək ABŞ milayradlarını səpələyərək texnologiya yaratsın. Sonra biz “şap-şarap”.. və həmin texnologiyaya sahib olacağıq. “Böyük dövlət adamı” hələ də bilmir ki, texnologiya oğurluğu hesabına inkişaf etmık mümkün olsaydı, Sovet İttifaqı geri qalmazdı. Çünki, Sovet İttifaqı yarandığı gündən dağıldığı günə qədər Qərbdən elm və texnologiya oğurlamaqla məşğul idi. Qərb ölkələrindəki sovet kəşfiyyatçılarının ilk vəzifəsi məhz elmi kəşflərin və texnoloji ixtiraların oğurlanması olub. Sovet İttifaqı dağıldıqdan sonra da eyni işlə Rusiya kəşfiyyatı məşğul olur.
“Böyük dövlət adamı” və “Dünyanın ikinci ordusu” haqqında nağıllar isə başa çatır.
