DünyaSiyasət

Türkiyəni qoyub, Omanı seçən İranın danışıqlar uğursuzluğu…

İran ABŞ-la danışıq yeri kimi Türkiyədən imtina edib, nədənsə, Omanı istədikdən sonra, bu gün Omanda İranla ABŞ arasında keçirilib bu tədbir. Tədbir bitən kimi, İranın XİN Əraqçı çıxıb bəyan etdi ki, görüş xoş əhvalla keçdi, biz çox razıyıq. Amma, amerikalıların razı qalması suallı qaldı!

Və görüşdən dərhal sonra ABŞ sualın cavabını verdi. ABŞ Dövlət Departamenti İran nefti, neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə bağlı gəmilərinə ciddi sanksiyaları elan etdi.
Görünür, İran Omanı oyun flrlatmaq üçün seçib. ABŞ da bərk narazı qalıb bundan, həm, qəzəbli.

ABŞ Dövlət Departamenti açıqlamada bildirib: “İranın indiki rejimi xalqının rifahına və dağılan infrastrukturuna investisiya qoymağın əvəzinə, dünyada qeyri-sabitlikləri yaradan fəaliyyətləri maliyyələşdirmə, ölkə daxilində repressiyaları gücləndirməyə davam edir”. Nə deməkdir bu?!

İran araya Türkiyə və ərəbləri salıb ABŞ-ı ümid etdi ki, hərbi addımını atmasın, Omanda geniş spektrdə müzakirələr olacaq. Görüşdə isə İran yalnız nüvə ətrafında söhbətə imkan verdi, özü də nüvə saflaşdırmanı tam bitirməyə yox. ABŞ isə bəyanatdan da görünür ki, İrandan terroru maliyyələşdirməni və daxildəki repressiyalari durdurmağı tələb edirmiş. Yəni, hərbi yol qalır.

İran rejimi təbii, başa düşür ki, ABŞ-ın tələbi ilə
xarici və daxili siyasətdə dəyişikliklər, ballistik raketlərin ləğvi, bunlar rejimin zəifləyib, bitmə nöqtəsidir. Bundansa, yığışıb Moskvaya gedər.

Nə isə, ABŞ İran rejimindən əl çəkənə oxşamır. Ğörünür, İran özünü yaxşı aparmayıb neçə illər. Amma, danışıqlar Türkiyədə getsəydi, yəqin ki, Ərdoğan, nüfuzu ilə gedişata təsirli ola bilərdi.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Çempionlar Liqası matçları ilə əlaqədar qərar verildi

admin

Belarus işğal altındakı Ukrayna torpaqlarından əldə etdiyi raps yağını Avropa İttifaqına satır

admin

“İsraili əbədi olaraq necə dəyişdirmək olar”: Epşteynin sənədləri milyonlarla rusiyalı immiqrant planını ortaya qoyur

redaktor