DünyaSiyasət

“Mən yazmamışam, sürücüm paylaşıb”

Donald Tramp sosial şəbəkə səhifəsində Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın rəqs edən meymunlar kimi təsvir olunduğu videonun paylaşılmasından sonra ABŞ-da böyük qalmaqal qalxıb. Video irqçilik ittihamlarına səbəb olub.

Tramp isə bildirib ki, videoya axıra kimi baxmayıb və video onun hesabında şəxsən özü tərəfindən yox, əməkdaşlarından biri tərəfindən paylaşılıb. Məhz buna görə də Tramp üzr istəmək niyyətində olmadığını deyib.

Buna cavab olaraq Kaliforniya qubernatoru Nyusom Trampı lağa qoyub:
“Vay! Ağ Ev deyir ki, Tramp öz tvitlərini özü yazmır??? Avtoqələm!”

Belə qalmaqallar Trampın və respublikaçıların reytinqini kəskin aşağı salır.

Demokratların noyabrda Nümayəndələr Palatasını qazanmaq üçün yaxşı şansları var, amma Senatı almaq xeyli çətindir. Ancaq bu gün artıq Senat uğrunda da mübarizə aparmağın mümkün olduğuna dair əlamətlər görünməyə başlayır.

ABŞ-da Konqresin hər iki palatasının demokratların nəzarətinə keçəcəyi təqdirdə, ABŞ siyasi səhnəsində çox ciddi dəyişikliklər olacaq.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Cənubda vəziyyət gərgindir, ruslar raketlərlə, PUA-larla…

redaktor

“Avropa qışı Rusiya qazı olmadan keçirməyə hazırdır” – Bloomberg

redaktor

33 min erməni rus vətəndaşlığına keçib

redaktor