Mason klubları necə yaradılırdı?
Cəmiyyətdə nüfuzu olan bir nəfər (adətən, yəhudi əsilli) yaxın tanışları/dostları ilə birgə klub yaradırdı. Sonra bu kluba cəmiyyətin tanınmış, nüfuzlu, səlahiyyət və ya söz sahibi olan şəxslərini dəvət edirdilər. Hər üzv klubun tələblərinə cavab verən başqa tanışlarını da kluba dəvət edirdi. Beləliklə, klub cəmiyyətin ən nüfuzlu, intellektual şəxslərinin toplaşdığı məkana çevrilirdi.
Bəs niyə insanlar kluba üzv olmaq istəyirdilər? Bunun bir neçə səbəbi var idi:
Klub indiki konfransların rolunu oynayırdı – səlahiyyətli və ya intellektual şəxslər arasında şəbəkələşmə, tanışlıq yaradırdı.
Tanışlıqlar çox adamın işinə yarayırdı – karyera inkişafı, qarşılıqlı dəstək və s. (bu yolla klub üzvləri bir-birinə kömək edir, vacib vəzifələrə öz adamlarını yerləşdirir, çətin məqamlarda xilas edirdilər);
Klub elitar olduğundan ona üzv olmaq özü insanın cəmiyyətdə (ən azı öz gözündə) statusunu yüksəldirdi.
Sonralar klub üzvlüyünə sakral bir məna vermək üçün inisiasiya (bir statusdan başqa statusa keçmə) tədbirləri təşkil edilməyə başladı. İnisiasiya tədbirləri bütün xalqların qədim ənənələrində olub, bir çoxu indi də qalmaqdadır (hərçənd az adam bunun fərqinə varır). İnisiasiyanın nə olduğunu müasir insanlar unutsalar da belə tədbirlər insanların təhtəlşüurunda gizlənmiş arxetiplərlə səsləşir və ona qədim insandakı kimi təsir edir. Mason klublarında inisiasiyanın təsirini artırmaq üçün tədbiri çox əcaib, bəzən əxlaqdan kənar, bəzən ənənəvi dinə zidd, bəzən cinayət elementləri ilə keçirirdilər. Bu prosedurları keçən adam özünü başqalarından fərqli kimi hiss edir (“başqaları bunu edə bilməz!”), həqiqətən də, başqalarından üstün status qazandığını düşünürdü – əlbəttə, bu zaman onun hamisinin (ustadının) psixoloji təlqinlərinin rolu da az olmurdu. Beləliklə, əxlaq, din və ya cinayət sirri ilə bir-birinə bağlı olan insanlar klubu formalaşdırılırdı. Sonradan klubdan çıxmış şəxs də həmin sirrə görə klub əleyhinə heç nə danışa bilmirdi.
Yaxşı, bəs klubu təşkil edənlərin marağı nə idi?
Yuxarıda yazdığım kimi, klubda cəmiyyətin səlahiyyətli və intellektual şəxsləri toplaşırdı. Cəmiyyətin, elitanın hamıdan gizli olan xəbərləri, intriqalar, planlaşdırılan işlər, tədbirlər haqda məlumatlar və s. burada paylaşılırdı. Məsələn, tutaq ki, ölkənin maliyyə naziri klub üzvüdürsə, nazirlikdə hansı sənədin üzərində işlənildiyi haqda söhbət edir. Bəzən maliyyə nazirliyinin qərarından 1-2 gün əvvəl xəbərdar olmaq yaxşı pul qazanmağa imkan verir. Eyni sözləri başqa məsələlər üzrə də demək olar. Yəni hələ o vaxtlar bilirdilər ki, informasiyaya birinci sahiblik hakimiyyətin əsas atributudur.
Başqa sözlə, klub sahibləri aşağıdakı üstünlüklər qazanırdılar:
▪️ İnformasiyaya ilkin sahiblik hüququ – nominal hakimiyyətin kimdə olmasından asılı olmayaraq, real hakimiyyət informasiyanın ilkin sahibindədir (azı buna imkanı var);
▪️ Klubun üzvlərindən istifadə etmək imkanı qazanır (təlqin, şantaj və s. vasitələrlə);
▪️ Klubun üzvləri vasitəsilə hakimiyyətə və cəmiyyətə (intellektuallar və nüfuzlular vasitəsilə) təsir etmək imkanı qazanır.
Tarixə baxsaq, Fransa inqilabı da, İngiltərə inqilabı da, Rusiyada Fevral inqilabı da, qismən Oktyabr inqilabı da mason klublarında hazırlanıb və onların üzvləri vasitəsilə həyata keçirilib.
Fikir verdinizsə, belə klublar klassik kəşfiyyat orqanları kimi fəaliyyət göstərirlər: agent əldə edir (verbovka), nə iləsə özünə bağlayır (inisiasiya), daim informasiya toplayır, informasiyanı emal edir və sistemləşdirir, informasiyadan və agenturadan istifadə edərək məqsədinə uyğun fəaliyyət göstərir.
Sadəcə, indiki kəşfiyyat orqanlarından bir ciddi fərqi var idi – onlar dövlətin yox, hansısa şəxsin və ya qrupun maraqlarına xidmət edirdilər.
Epşteyn “klubu” da klassik mason klubundan fərqlənmir. Fərq inisiasiyanın daha dəhşətli olmasındadır. Yəqin, ona görə ki, indi əxlaqsızlıq və cinayətin çərçivəsi çox daralıb.
Bu baxımdan mənim hələ anlamadığım bir məsələ qalıb: Epşteyn “klubu” İsrail dövlətinin maraqlarına xidmət edirdi, yoxsa hansısa şəxsin (klanın)?
P.S. Qısa olsun deyə çox məsələyə səthi toxundum və ya heç toxunmadım.
Şəkildə: mason klubunda inisiasiya

