DünyaSiyasət

Bəşər Əsədin Suriyadakı son illəri haqqında ilginc məlumatlar yayıldı

“The Atlantic” jurnalı Suriyanın avtokratik lideri Bəşər Əsədin çöküşü barədə məqalə hazırlayıb.

Yazıda çox qəribə məqamlar var.

Deyirlər ki, Əsəd son illərini bütün gün evində oturub telefondan Candy Crush və başqa oyunlar oynamaqla keçirirmiş və demək olar ki, həm öz köməkçilərindən, həm müttəfiqlərindən gələn məsləhətləri, ümumiyyətlə, iqnor edirmiş.

İran rəhbərliyi bir neçə dəfə sanksiyaları yumşaltmaq və iqtisadi izolyasiyadan çıxmaq üçün müxaliflərlə dialoqa getməyi təklif edib, Əsəd qətiyyən qəbul etməyib.

Rusiya bir neçə dəfə Ərdoğanla görüşüb danışmağı məsləhət görüb, Əsəd türk ordusunun Suriyadan tamamilə çıxmasını ön şərt kimi qoyub.

Amma ən maraqlı epizod başqadır.

2020-ci ildə Donald Tramp Suriyada itkin düşmüş amerikalı jurnalist Ostin Taysın harada olduğunu öyrənmək məqsədilə Livana, oradan da Dəməşqə heyət göndərir.

Dəməşqdə heyət Əsədin ən güclü adamlarından Əli Məmlük ilə görüşür.

Məmlük görüşdə çox qəribə bir tələb qoyur ki, hər hansı mövzuda danışığın başlaması üçün amerikalılar əvvəlcə sanksiyaları yığışdırmalı və Suriyadan bütün hərbi varlığını çıxarmalıdırlar.

Bu tələbi Trampa çatdırırlar və daha da qəribə şəkildə Tramp şərtləri qəbul edir.

Bu haqda Bəşər Əsədə məruzə edilir ki, belə bir imkan yaranıb.

Amma Əsəd amerikalılarla bütün danışıqların dayandırılmasını tələb edir və səbəb kimi bildirir ki, keçmişdə Tramp ona heyvan deyibmiş.

Bir sözlə, 2017-ci ildə Suriya müxalifətinin məğlubiyyətindən sonra Bəşər Əsədin bütün müttəfiqləri və hətta düşmənləri əllərindən gələni ediblər ki, rejim dəyişikliyi baş tutmasın və Əsəd hakimiyyətdə qalsın, amma adam birmənalı şəkildə öz sonunu hazırlamağa qərarlı olub. Nəticədə də uduzub.

 

Paylaşdı Rüstəm İsmayılbəyli.

Tacxeber.com

Oxşar xəbərlər

İran kəşfiyyat orqanları Azərbaycanda bu ad altında fəaliyyət göstərir – Deputatdan şok açıqlama

redaktor

Rusiyada səfərbərlik: “Ölkə vətəndaş müharibəsi astanasındadır”

admin

Fransa Ermənistanı silahlandırmaqda davam edir

redaktor