ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker ABŞ administrasiyası adından bildirib ki, Vaşinqton sülh müqaviləsi imzalananadək Ukraynaya silah tədarük etməyə davam edəcək. Onun sözləri Newsmax tərəfindən sitat gətirilib.
“Sülh müqaviləsinə nail olmaq üçün lazım olan müddətdə biz silahlarımızı NATO müttəfiqlərinə verməyə davam edəcəyik, onlar öz növbəsində bunları əsasən, Ukraynaya tədarük edəcəklər”, – Uitaker bildirib.
Daimi nümayəndə bildirib ki, söhbət münaqişə davam etdikcə hava hücumundan müdafiə və hücum (yəni ballıstik raket) silahlarından gedir.
“Çünki məhz bu qüvvə sülhü təmin edəcək ki, bu müharibə bitdikdən sonra Avropa qitəsinə başqa bir işğalla qarşılaşmayaq”- o bildirib. Bu, ABŞ, Trampın Ukrayna və Avropaya dönüşüdür.
