Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğu bildirib ki, Haaqa məhkəməsi Ukraynanın enerji sektoruna hücumlara görə Rusiya rəsmilərinin həbsi ilə bağlı sorğu alıb.
Litva xarici işlər naziri Kestutis Budris əvvəllər ruslar üçün həbs orderləri istəmilib. Məhkəmə qeyd edib ki, BCM-in Roma Statutuna əsasən, istənilən ölkənin vətəndaşları iddia edilən bu cinayətlər barədə məlumatı artıq məhkəməyə təqdim edə bilərlər. Və məhkəmə ərizəçilərin şəxsiyyəti barədə şərh vermir. Lakin bu halda onlar “müvafiq sorğunu aldıqlarını təsdiqləyə bilərlər, ərizəçi özü bu məlumatı açıqlayırsa”.
BCM onu da əlavə edib ki, istintaq qrupu artıq Ukraynadakı cinayətlər üzərində işləyir. Budris sorğusu qiymətləndirmə üçün onlara göndərilir.
Litva Xarici İşlər Nazirliyi Vilnüsdə Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri soyqırım adlandırıb və bildirib ki: “ukraynalıların bir qrup olaraq, fiziki məhvi üçün qəsdən hazırlanan plandan başqa cür bu qiymətləndirilə bilməz”.
Qeyd edim ki, hüquqi cəhətdən Rusiyanın hərbi cinayətləri barədə günü-gündən konkret sübut, faktlar yığılır, çoxalır və bu prosesin sonu Putin üçün çox faciəli qurtaracaq. Hər şeyin sonu var. Miloşeviçə də xəbərdarlıq edirdilirdi, inanmırdı! Putin bu dağıntıların.zərərlərini kompensasiya, edib birtəhər qurtara bilər, bəs törətdiyi ölümlər həyatını aldığı yüzminlər, canlar? Qurtara bilər?
