Bakı Hərbi Məhkəməsi tanınmamış Dağlıq Qarabağ Respublikasında müxtəlif rəhbər vəzifələr tutan beş Ermənistan vətəndaşına nəhayət ki, hökm oxuyub. Və aşağıdakılar ömürlük həbs cəzasına məhkum ediliblər:
“Dağlıq Qarabağın” keçmiş prezidenti Araik Harutyunyan; – Müdafiə Ordusunun keçmiş komandiri Levon Mnatsakanyan; – Müdafiə Ordusunun keçmiş birinci müavini David Manukyan; – “Artsax” parlamentinin keçmiş spikeri David İşxanyan; – Xarici işlər naziri, prezident müşaviri David Babayan.
Tanımamış respublikanın digər iki keçmiş vəzifəli şəxsi Arkadi Qukasyan və Bako Sahakyan 20 il həbs cəzasına məhkum ediliblər. Bu iki şəxsin 65 yaşı olduğu üçün qanunvericiliyə görə ömürlük həbs verilmir.
Hüquqi tərəfdən, bu separatçı vəzifəlilər təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozmaq, eləcə də terrorizm və hakimiyyəti zorla ələ keçirməkdə tam haqlı ittiham olunublar, haqlı da cəzalarını alıblar. Mühakimələri də heç bir sual doğurmadan.
Cəmiyyətdə sual onda yaranır ki, bu şəxslər Ermənistana təhvil verilə bilərlərmi? Bilmək olmaz onu, həbsdə qala da, verilə də bilərlər. Cəza vermiş dövlətin ölkə mənafe maraqları üzrə təhvil verilmə, ya dəyişdirilmə praktikası beynəlxalq praktika üzrə çox olur. Hətta ən ağır cəza verilmiş məhkumları belə veriməsi. Hətta, ABŞ-Rusiya arası dəfələrlə belə mübadilələr olub. Yəni təhvil verilmə, ölkəyə qat-qat çox divident gətirir ki, bun gedilir, həm humanizm, həm dövlət, ölkə maraq və mənafeləri üzrə.
Xüsusən, belə təhvil halları, əksərən (nadir istisnalarla) ittiham olunanların günahının məhkəmədə sübutundan, onlara qarşı hökm çıxarılandan sonra baş verir. Çünki, haqqında hökm çıxarılmış məhkum təhvil verilməyə də bilər, verilirsə, hansısa vacib prinsipə görə edilir bu akt. Hökm çıxarılmamış, yəni ibtidai ya da məhkəmə istintaqında olansa, günahı hələ tam sübut olunmamış, suallı deməkdir. Və o zaman bu təhvilin elə bir tutarlılığı, ya dəyəri də olmur.
Qaldı ki, bu separatçı, müharibə caniləri əgər humanizm, ya digər prinsiplərdən qarşı tərəfə əvflə təhvil verildiyi halda, yaxşı olardı ki, daha əvvəl, bu humanizm prinsipləri siyasi məhbus deyilən ölkə vətəndaşlarımıza tətbiq olunsun. Əvf və ya da digər hüquqi prosedurla azadlığa buraxılsınlar. Bu addım da ölkə mənafeyi həm, dövlət maraqları üçün xeyli vacib və xeyirli olar, nəticə üzrə… Səmimi fikrimdir ki, xeyirli olardı.
