DünyaSiyasət

Ukrayna xalqının qətiyyəti Putinin planlarını pozur

Putinin “qış terroru” işə yaramır — BILD-in hərbi icmalçısı Yulian Röpke.

Rusiya qoşunları cəbhədə hücum cəhdlərini davam etdirir, eyni zamanda –30°C-yə çatan şaxtalarda Ukraynanın istilik və elektrik stansiyalarını atəşə tutur. Bəs Rusiyanın bu strategiyası effektivdirmi? Bu sualı Yulian Röpke qoyur:
“Fakt budur ki, Putin öz məqsədini həyata keçirir — bütün ukraynalıları qaranlıq və soyuğa məhkum etmək. Əvvəlki illərdə də bunu etməyə çalışmışdı, amma indi ordusu buna nail olur. Rusiya getdikcə daha çox raket, qanadlı raket və terrorçu dronlar istehsal edir və idxal edir, halbuki Ukrayna Qərb istehsalı olan HHM raketlərinin demək olar ki, hamısını tükədib və ABŞ-dan tədarükün dayanması səbəbindən demək olar ki, yenilərini almır.

Buna baxmayaraq, Putinin strategiyası işə yaramır. Milyonlarla insana qarşı gündəlik terrora rəğmən, ukraynalıların əksəriyyəti möhkəm qalır və Rusiyanın istədiyi kimi — öz hökumətindən cəbhədə kapitulyasiya və Donbasdan imtina tələb etmir.

Eyni zamanda Rusiya hər gün 1000 kilometrdən artıq uzunluğu olan bütün cəbhə xətti boyunca əsgərlərini Ukrayna mövqelərinə göndərməyə davam edir. Amma burada da uğurlar məhdud qalır. Rusiya hər gün müharibədə Ukrayna dronları, soyuq və aclıq səbəbindən 250 əsgər itirdiyi halda, son iki həftədə Zaporojye vilayətində cəmi üç kiçik kəndi ələ keçirə bilib.

Donetsk vilayətində cəbhə nisbətən sabit qalır, Xarkov vilayətində isə Rusiya Baş Qərargahı artıq bir neçə həftədir cəbhəyanı Kupyansk şəhəri ətrafında guya əldə olunan uğurlar uydurur — ukraynalı əsgərlərin mütəmadi olaraq öz videoları ilə ifşa etdikləri təbliğat yalanları; bu videolar göstərir ki, Rusiyanın guya ələ keçirdiyi yaşayış məntəqələri hələ də Ukraynanın nəzarətindədir.
Ümumilikdə, müharibənin dördüncü ilinin sonuna doğru Rusiyanın hücumu əsasən iflasa uğrayıb — mülki əhaliyə qarşı kütləvi terrora və şaxtalara baxmayaraq, həmçinin effektiv Ukrayna müdafiəsi sayəsində. Yanvar ayında Rusiya Ukrayna ərazisinin 250 kvadrat kilometrini ələ keçirib. Bu göstərici dekabrda 445, noyabrda isə 505 kvadrat kilometr idi.

Rəqəmlər göstərir ki, Rusiya nə qədər amansız davransa da, Putin Ukraynanın müqavimət iradəsini və cəbhə xəttini sındıra bilmir.” (Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin təhlükəsizlik patronları Hulusi Akar və Hakan Fidan Rusiyada

admin

“Tramp Danimarka baş nazirindən Qrenlandiyanı tələb edib – “Financial Times”

redaktor

Yeraltı təhlükə: İstiləşmə binaların dağılmasına səbəb ola bilər – Araşdırma

redaktor