DünyaHadisə

Necə deyərlər, ekrana yaxın əyləşin, ən maraqlı hissə başlayır

Son günlər Ceffri Epşteyn adı demək olar ki, hər yerdə səslənir, lakin buna baxmayaraq, bir çoxları hələ də onun kim olduğunu və niyə bu qədər səs-küy yaratdığını tam olaraq dərk etmir.

Epşteyn nə maliyyə sahəsində yenilikçi fiqur idi, nə də uzun illər təqdim edildiyi kimi “sirli milyarder”. Mahiyyət etibarilə o, zamanla müxtəlif ölkələrin siyasi, biznes və aristokratik elitaları ilə geniş əlaqələr şəbəkəsi qurmuş bir sutenyor idi. Onun “xidməti” hakimiyyətin zirvəsində olan şəxsləri qızlarla(o cümlədə yetkinlik yaşına çatmayan) təmin edilməsindən ibarət idi.

Nüfuzlu, böyük gücə, hakimiyyətə və pula sahib olan fiqurlar üçün “əyləncə” yüksək risk daşıyır: bir yanlış addım və seks kompromata çevrilir. Belə şəraitdə elə bir vasitəçi lazımdır ki, tam məxfilik, təhlükəsizlik və susqunluq zəmanəti versin. Ceffri Epşteyn məhz belə bir zəmanətçiyə çevrilmişdi.

Bu səbəbdən onun adı sadəcə cinayət işində keçən bir fiqurantın adı deyil, hakimiyyət, seks, şantaj və xüsusi xidmət orqanlarının bir-biri ilə düşünüldüyündən qat-qat daha sıx şəkildə fəaliyyət göstərən bir kölgə sisteminin simvoludur.

2006-cı ildə Florida polisi yetkinlik yaşına çatmayan qızların şikayətləri əsasında araşdırmaya başladı, lakin real cəzaya aparan proses yalnız 2008-ci ildə baş tutdu. Tammiqyaslı federal məhkəmə əvəzinə Epşteyn istintaqla son dərəcə qalmaqallı bir razılaşma bağladı: o, cəmi iki maddə üzrə, yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə və fahişəliyə sövq etmə günahını etiraf etdi.

Nəticədə Epşteyn ağır həbs cəzasından yayındı. O, 18 ay cəza aldı, bunun da faktiki olaraq təxminən 13 ayını çəkdi və özü də xüsusi rejimlə: gündüz saatlarında o, sərbəst şəkildə həbsxananı tərk edir, “işləmək” üçün ofisinə gedirdi. Təsviriniz üçün deyək ki, Epşteyn həbsxanaya şəxsi mühafizə ilə gəlirdi, gün ərzində istədiyi yerə gedir, istədiyini edirdi və ətrafındakı insanların bir çoxu onun ümumiyyətlə cəza çəkdiyindən belə xəbərsiz idi.

Epşteyn son dərəcə ağıllı, ehtiyatlı, inanılmaz əlaqələrə malik bir şəxs idi və görünən odur ki, bir çox ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəli idi. Əgər yeni bir təqiblə bağlı ən kiçik şübhə belə yaransaydı, o, rahatlıqla dünyanın müxtəlif yerlərinə gedə bilərdi. Bu səbəbdən də, Epşteyn ABŞ-da sakit şəkildə yaşayırdı və “işilə” məşğul idi. Ta ki 2019-cu ildə federal hakimiyyət orqanları onu qəfil həbs edib, sərt rejimli həbsxanaya psixoloji problemləri olan məhbusla eyni kameraya salana qədər. Bir müddət sonra isə o, “özünü asdı”.

Bəs 2019-cu ildə nə baş verdi ki, iş federal səviyyədə yenidən açıldı və sərt, gözlənilməz həbslərə(Epşteynlə bərabər 2 nəfər də həbs olundu, onlardan biri də intih*r etdi) start verildi?

Bəs 2019-cu ildə baş verənləri 2008-ci ildə baş verənlərdən fərqi nə idi? Və necə oldi ki, o boyda əlaqələri, təsir imkanları olan bir adam heç xəbər də tutmadı ki, onun həbsinə hazırlıq edir? ABŞ-ın ən yüksək elitası ilə “oturub-duran” adamı kim bir an içində belə baltalaya bilərdi və niyə?

Düşünürəm ki, ABŞ-da buna nə az, nə çox ancaq 1 nəfərin gücü çatardı, Amerika Birləşmiş Ştatların Prezidentinin.

Epşteynin həbs olunduğu ildə(2019-ci) həmin vəzifədə kim idi ki?

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vladimir Putin İlham Əliyevə zəng edib

redaktor

Belə çıxır ki, təqsirləndirilən jurnalistlər Gömrük Komitəsi ilə əlbir olublar.

admin

Şablon ittiham aktı – texniki səhvə DİQQƏT

admin