DünyaSiyasət

İranın diplomatik fəndi: Türkiyəni istifadə edib kənara atmaq

İran rejiminin növbəti sürüşkən, riyakar addımı. İran neçə gün öncə, XİN Əraqçını çətin anlarda Ankaraya göndərdi. Xahiş etdi ki, Ərdoğan ABŞ prezidenti Trampı hərbi hücumdan daşındırsın, onu danışıqlara razı salsın. T. Ərdoğan da bunu etdi, Trampı razı saldı, hərgah ki, fikri başqa idi.

Razılaşdılar ki, bu cümə günü ABŞ-İran-Türkiyə üçlüyündə, İstanbulda görüş, danışıqlar olsun. Və bu gün, İran bu görüşə ikicə gün qalmış, heç gözlənilmədən ABŞ-a ayrıca müraciət etməklə Türkiyə vasitəçiliyindən və həm İstanbul görüş yerindən imtina etdi və təkidlə də Omanı seçdi.

Türkiyə şokdadır. hökumət, cəmiyyətli, medialı. Dərs olsun… İran molla rejimindən dost olmaz.

P. S.
Ola bilsin, Şimal və Şərq böyük “sahibləri” bunu İrana tövsiyyə etməyiblər. Bəlkə də heç ümumi danışıqları. Çünki onlara İranın savaşı sərf edir, ABŞ üçün “ikinci Ukrayna” yaratmaq planı üzrə.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Babək Səmidlinin dediklərinə niyə cavab verilmədi?

redaktor

Sabiq baş inspektor Səfər Mehdiyevi məhkəməyə verdi

redaktor

Narkotik qəbul edərək taksi sürən şəxs saxlanıldı – FOTO

redaktor