DünyaSiyasət

Baydenə nifrət

ABŞ-daki trampçılar eynəklərini taxıb gecə-gündüz “Epşteyn fayllarında” Baydenin “ifşa”larını axtarırlar. Niyə? Ona görə ki, hər kəsi özləri kimi görürlər.

Senator olaraq on illərlə işə qatarla gedən, ABŞ-ın ən kasıb senatorlarlardan biri olan, vitse-prezident olanda oğlu xərçəng xəstəliyindən can verəndə evini satışa çıxarmaq istəyən(bunu bilən Obama Baydenə borca pul verməyə təklif etmişdi) adamın adı “Epşteyn fayllarında” ola bilməz.

Bayden ABŞ-ın ən təmiz siyasət adamlarından biridir, əsl dövlət adamıdır və mənim ona rəğbətim bununla bağlıdır. Bu, daha çox insani məsələdir, nəinki siyasi.

Bayden artıq prezident deyil, amma onun örnəyi hələ də bir çoxlarının rahat yuxusunu əlindən alıb.

Təbii ki, dələduz, aferist, quldur təfəkkürlü, JEK müdirinin 5-ci müavini təyin olunan kimi qohumları üçün yanında iş axtaran, dövlətə ticarət obyekti gözü ilə baxan insanlar mənim Baydenə rəğbətimi başa düşməzlər. İncimirəm də, mahiyyətimiz, insanlara, dövlətə münasibətimiz fərqlidir.

P.S. Şəkil Corctaunda gizli çəkilmişdi, 2018-ci il, Bayden özü də işsiz idi

P.P.S. Bu arada bir məsələyə də diqqət edin. Nyusom, Obama, Bayden, Okasio-Kortes, Uoltsun adları heç bir “ifşa”larda yoxdur.

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko və Mirziyoyevin Əliyevə zəng anı – Fotolar

redaktor

“Kuruluş Osman” serialının aktyoru oğru çıxdı – FOTO

redaktor

Rusiya milyarder Maska niyə siyasi sığınacaq təklif etdi – Pulun və informasiyanın gücü…

redaktor