14 C
Bakı
23 Mart 2026 12:50
CəmiyyətDünyaGündəmSiyasət

Avropa Məhkəməsi dedi, Bakı susdu

Avropa İnsan Haqları Məhkəməsi Xədicə İsmayılova işi üzrə qərarını verdi və açıq şəkildə dedi:
bu, adi cinayət işi deyildi, jurnalisti susdurmaq əməliyyatı idi.

Məhkəmə təsdiqlədi ki, Xədicə İsmayılovanın həbsi və məhkumluğu ifadə azadlığının pozulmasıdır və siyasi məqsəd daşıyıb. Cinayət hüququ korrupsiyanı ifşa edən jurnalisti cəzalandırmaq üçün alətə çevrilib. Demokratik cəmiyyətdə bu, qəbuledilməzdir.

Bu qərar təkcə bir jurnalistin yox, Azərbaycanda media azadlığının sistemli şəkildə boğulduğunun hüquqi təsdiqidir. Və ən təhlükəlisi budur: bu iş istisna deyil, modeldir. Müstəqil jurnalistlərə, tənqidçilərə qarşı qorxu mühiti planlı şəkildə qurulub.

Beynəlxalq söz azadlığı təşkilatı ARTICLE 19 haqlı olaraq tələb edir:
Xədicə İsmayılovaya qarşı qalan bütün əsassız hökmlər ləğv edilsin, jurnalistlərə təzyiq dayandırılsın, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etsin.

Bu qərar bir şeyi də göstərdi:
problem Xədicə İsmayılova deyil, problemi deyən jurnalistlərdir.
Və məsələ hələ bağlanmayıb.

Media azadlığı susanda, cəmiyyət kor qalır.

Onu da xatırladım ki, hazırda Azərbaycanda 400 nəfərə yaxın siyasi məhbus var. Onlardan 30 nəfəri jurnalistdir.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu Nyu-Yorkdan Nəsrullahla bağlı ona zəng etdi – ŞOK DETALLAR

redaktor

Biz dövlətimizə “ana-ata” axtarırıq, belə xalqın gələcəyi yoxdur – Atanesyan

redaktor

Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb – ŞOK VİDEO

redaktor