CəmiyyətHadisə

Akif Nağı niyə çeynənilmiş mövzuya tərbiyəsizliklə cavab verib?

Akif Nağının söyüş ritorikasına təəssüf ki, haqq qazandıranlar var. Amma kimin necə yanaşmasından asılı olmayaraq qanunun Akif Nağıya həbs cəzasına qədər yaratdığı hüquqi məsuliyyət var.

Məsələnin emosional tərəfinə gəlincə yenə Akif Nağıya haqq qazandıranlara sadə bir sualım var: Akif Nağı səmimidirsə niyə artıq çoxdan çeynənmiş bir mövzuya zamanında ağıllı-başlı deyil, 5 aydan sonra yaşına-başına yaraşmayan tərbiyəsizliklə cavab verib? Akif Nağı artıq unudulmuş məsələyə birdən-birə niyə coşdu?

Baxın, Akif Nağı Səidə Bəkirqızının məhz sonuncu çıxışlarından birindən sonra “partladı”. O mövzudan ki, təkcə bizim “Yasir Ərəfatımız”ı yox, nə qədər ayərollah sevdalıları var, hamısını “partlatdı”.

Mövzu nə idi, qızların məktəbə hicablı getməsi.

Bunun Akif Nağıya nə dəxli?! Cavabını 3 ay əvvəl deputat Fazil Mustafa belə vermişdi: “Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır”. Mən hələ Akif Nağının İran səfirliyi ilə sıx əlaqələrini, İranın Qarabağ məsələsində mövqe(sizli)yini illərlə malalamağa çalışmasını, QAT sədri kimi onun müdafiəsi rolunda çıxışlarını sadalamıram.

İndi aydın olurmu 5 ay sonra məcburi köçkünlər Akif Nağının yadına hardan düşdü?

 

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: “Davam edirik”

redaktor

Bakıda “Range Rover” sürücüsü qadın təlimçinin olduğu maşına təpik atdı – ANBAAN GÖRÜNTÜLƏR

redaktor

Dünya 6 dəqiqəyə qaranlığa qərq olacaq

redaktor